...

Şərqşünaslıq İnstitutunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93 illiyi qeyd edilib (FOTO)

Cəmiyyət Materials 6 May 2016 13:38 (UTC +04:00)
Bu gün AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 93 illiyi qeyd edilib.
Şərqşünaslıq İnstitutunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93 illiyi qeyd edilib (FOTO)

Bakı. Trend:

Bu gün AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 93 illiyi qeyd edilib.

İnstitutun ictimaiyyətlə əlaqələr şöbəsinədn Trend-ə verilən məlumatda bildirilir ki, İnstitutun direktoru, AMEA-nən müxbir üzvü, millət vəkili Gövhər Baxşəliyeva tədbirdə çıxış edərək, ümummilli liderin Azərbaycan xalqının müstəqilliyi, dövlətçiliyimizin inkişafı yolunda göstərdiyi xidmətlərdən söz açıb: "Azərbaycanın müstəqilliyinin bərpası, ölkəmizdə siyasi sabitliyin yaranması, Azərbaycan ideologiyasının yaranması və inkişafı, respublikamızın dünya birliyinə inteqrasiyası, nail olduğu yüksək iqtisadi inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır".

Ulu öndərin sovetlər dövründə respublikamıza rəhbərlik etdiyi illərdə gördüyü işlərdən söz açan Gövhər xanım, onun müstəqilliyin ilk ağır illərində hakimiyyətə qayıdıb böyük müdrikliyi ilə, apardığı uğurlu daxili və xarici siyasəti sayəsində ölkəmizi bütün çətinliklərdən xilas edərək inkişafının əsasını qoyduğunu, Azərbaycanda dünyəvi, hüquqi, demokratik dövlət qurduğunu söyləyib.

G.Baxşəliyeva Heydər Əliyevin ölkənin həyatının bütün sahələrinə, o cümlədən elmə böyük diqqət yetirdiyini söylədi. Ulu öndərin ikinci dəfə hakimiyyətə qayıdanda, 1993-cü ildə məhz birinci görüşünü Elmlər Akademiyasında Azərbaycan ziyalıları ilə keçirdiyini xatırladan Gövhər xanım, onun həmin görüşdə söylədiyi sözləri xatırlatdı: "Elmlər Akademiyası Azərbaycan xalqının bir neçə nəsli tərəfindən yaradılmış milli sərvətidir, biz onu qoruyub yaşatmalıyıq".
Heydər Əliyevin liderlik keyfiyyətlərinin dünya miqyasında qəbul olunduğunu deyən Gövhər Baxşəliyeva, onun siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini qeyd edib.

Sonra institut əməkdaşlarından f.ü.e.d. Vilayət Cəfərov, f.ü.f.d. Laura Orucova, f.ü.f.d. Əmir Qasımlı və başqaları çıxış edərək, müstəqil Azərbaycan dövlətinin əsasını qoymuş ulu öndərin suveren Azərbaycanın inkişafı yolunda göstərdiyi xidmətlərdən söz açıblar.

Çıxış edənlər Heydər Əliyevin dövlətçiliyimizin memarı, ölkəmizdə sabitliyin təminatçısı olduğunu söyləyərək, ümummilli liderin 1969-cu ildə hakimiyyətə gələndən sonra respublikamızın əldə etdiyi uğurlardan danışdılar, unudulmaz rəhbərin adının tarixə əbədi həkk olunduğunu qeyd ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti