...

Aktauda Heydər Əliyevin anadan olmasının 93 illiyi münasibətilə tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 7 May 2016 15:20 (UTC +04:00)
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93 illiyi münasibətilə Azərbaycanın Qazaxıstanın Aktau şəhərindəki Baş konsulluğu tərəfindən mayın 6-da tədbir keçirilib.
Aktauda Heydər Əliyevin anadan olmasının 93 illiyi münasibətilə tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93 illiyi münasibətilə Azərbaycanın Qazaxıstanın Aktau şəhərindəki Baş konsulluğu tərəfindən mayın 6-da tədbir keçirilib.

Bu barədə Trend-ə Konsulluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, tədbirdə Manqistau vilayətində fəaliyyət göstərən azərbaycanlıların "Dostluq" milli-mədəni cəmiyyətinin üzvləri, "Azərbaycanın Qazaxıstanda biznes investisiyası Assosiasiyası"nın (ABİA) üzvlər, Ş.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetinin tələbələri iştirak ediblər.

Tədbirin açılışında ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycanın Aktau şəhərindəki Baş konsulluğunun başçısı Elxan Zeynalov çıxış edərək, görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyəti haqqında, onun müstəqil Azərbaycan Respublikasının qurulması və möhkəmlənməsində gördüyü əvəzolunmaz xidmətlərindən, müasir Azərbaycanın qurucusu Heydər Əliyevin qoyduğu və bu günü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində ölkəmizin qazandığı nailiyyətlər haqqında danışıb.

Azərbaycanlıların "Dostluq" milli-mədəni cəmiyyətinin sədri Vaqif Nəbiyev, diaspora üzvlərindən professor Yusif Quliyev, istefada olan mayor Bəxtiyar Məsimov, iş adamı Samir Quliyev çıxışlarında, Ümummilli Lider Heydər Əliyevin xaricdə yaşayan azərbaycanlılara göstərdiyi diqqət və qayğıdan danışıblar.

Çıxışlardan sonra Ulu Öndərin Azərbaycanda ordu quruculuğuna həsr olunmuş sənədli film nümayiş etdirilib.

Qeyd etmək istərdik ki, Baş konsulluq tərəfindən X.Dosmuxamedov adına Atırau Dövlət Universitetində və Ş.Yesenov adına Kaspiy Dövlət Texnologiya və Mühəndislik Universitetində tədbirlər və həmin universitetlərdə təhsil alan tələbələrə Heydər Əliyev adına bir dəfəlik təqaüdələrin verilməsi, həmçinin Aktau şəhərinin 6 saylı məktəbində fəaliyyət göstərən Azərbaycan dilinin, ədəbiyyatının və tarixinin tədrisi üzrə "Bazar günü məktəbi"ndə Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş şeyr müsabiqəsinin yekunlarına həsr olunmuş tədbirlər keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti