...

Ermənistan Avropanın sanksiyasına məruz qaldı

Cəmiyyət Materials 11 May 2016 20:29 (UTC +04:00)
"Eurovision" illik beynəlxalq mahnı müsabiqəsinin Təşkilat Komitəsi "Eurovision-2016" müsabiqəsinin canlı efirində Dağlıq Qarabağdakı separatçı rejimin "bayrağı"nın nümayiş etdirilməsi ilə bağlı insidenti öyrənir. Bunu Trend-ə "Eurovision"un mətbuat xidmətindən deyiblər. Mətbuat xidmətindən qeyd ediblər ki, komitə bu fakt üzrə qərarı sonra açıqlayacaq. Xatırladaq ki, ötən gün "Eurovision-2016" müsabiqəsində Ermənistanı təmsil edən İveta Mukuçyan Dağlıq Qarabağdakı separatçı rejimin "bayrağı"nı nümayiş etdirib.
Ermənistan Avropanın sanksiyasına məruz qaldı

Bakı. Trend:

Avropa Yayım Birliyi (EBU) "Eurovision-2016" müsabiqəsində Ermənistan təmsilçisinin Dağlıq Qarabağdakı separatçı rejimin "bayrağı"nı nümayiş etdirməsini pisləyib.

Trend-in məlumatına görə, EBU-nun "Facebook" səhifəsində yayılan bəyanatda bildirilir ki, belə hallar mahnı yarışmasına xələl gətirəcək.

Bundan başqa, Birliyin nəzarət qrupu Ermənistanın "Eurovision" müsabiqəsi üzrə yayım hüququ olan AMP TV telekanalına sanksiya tətbiq etmək barədə qərar qəbul edib.

Qeyd edək ki, "Eurovision" illik beynəlxalq mahnı müsabiqəsinin Təşkilat Komitəsinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, "Eurovision-2016" müsabiqəsinin canlı efirində Dağlıq Qarabağdakı separatçı rejimin "bayrağı"nın nümayiş etdirilməsi ilə bağlı insident öyrənilir. Komitənin bu fakt üzrə qərarı sonra açıqlayacağı bildirilir.

Xatırladaq ki, ötən gün "Eurovision-2016" müsabiqəsində Ermənistanı təmsil edən İveta Mukuçyan Dağlıq Qarabağdakı separatçı rejimin "bayrağı"nı nümayiş etdirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti