Bakı. Samir Əli - Trend:
Bu gün Sabunçu rayon məhkəməsində Nardaran hadisələrində təqsirləndirilərək həbs edilən, özünü Nardarandakı Rəhimə xanım ziyarətgahının Hüseyniyyə məscidinin axundu kimi təqdim edən Nuhbala Rəhimovun məhkəməsi başa çatıb.
Trend-in məlumatına görə, prosesdə iş üzrə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə N.Rəhimov 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, N.Rəhimov ötən ilin noyabrında Nardaran qəsəbəsində saxlanılıb. O, qanunsuz silah saxlamaqda təqsirləndirilərək həbs edilib.