...

Hava şəraiti yenə dəyişəcək - intensiv yağışlar

Cəmiyyət Materials 1 İyun 2016 12:40 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edir.
Hava şəraiti yenə dəyişəcək - intensiv yağışlar

Bakı. Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edib. Nazirliyin Milli Hidrometeorologiya Departamentinin Trend-ə verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında iyunun 2-də arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.

Azərbaycanın rayonlarında iyunun 1-i axşamdan 03-ü gündüzədək bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti