...

İranlı və naxçıvanlı elm xadimlərinin konfransı keçirilib (FOTO)

Cəmiyyət Materials 4 İyun 2016 13:15 (UTC +04:00)
İran İslam Respublikasının banisi İmam Xomeyninin vəfatının 37-ci ildönümü münasibətilə iranlı və naxçıvanlı elm xadimlərinin iştirakı ilə iyunun 3-də Naxçıvanda II elmi konfrans keçirilib.
İranlı və naxçıvanlı elm xadimlərinin konfransı keçirilib (FOTO)

Bakı. Trend:

İran İslam Respublikasının banisi İmam Xomeyninin vəfatının 37-ci ildönümü münasibətilə iranlı və naxçıvanlı elm xadimlərinin iştirakı ilə iyunun 3-də Naxçıvanda II elmi konfrans keçirilib.

İranın Naxçıvandakı Baş konsulluğundan Trend-ə verilən məlumata görə, tədbirdə İranın Naxçıvandakı baş konsulu Mənsur Ayrum, Baş konsulluğun mədəniyyət attaşesi Hüseyn Ağazadə, İmam Xomeyni və İslam İnqilabı Araşdırma Mərkəzinin sədr müavini Yəhya Fuzi, Əllamə Təbatəbayi Universitetinin professoru Seyyid Həsən Nurani, AMEA Naxçıvan bölməsinin müəllimi Fərman Xəlilov və Naxçıvan Dövlət Universitetinin müəllimi Ceyhun Məmmədov çıxış ediblər.

Konfrans Qurandan ayələrin oxunması ilə başlayıb.

M.Ayrum bildirib ki, İmam Xomeyni adı dünyada İran İslam Respublikasının banisi kimi tanınır və dünya xalqları bu böyük müasir insanı daha çox dini, ruhani və siyasi şəxsiyyət kimi qəbul edirlər: "Ancaq bu böyük rəhbər bir çox xüsusiyyətlərə malikdir ki, onlardan öndə olanı irfandır. Məhz bu xüsusiyyət o böyük insanın ictimai, tarixi və siyasi həyatında rəftar və davranışlarının mənşəyi olub".

İmam Xomeyni və İslam İnqılabı Araşdırma Mərkəzinin müavini doktor Y.Fuzi İmam Xomeyninin irfani düşüncələrinin dünyada sülhə və birgə yaşamağa dəstək olduğunu diqqətə çatdırıb. O, həmçinin dünyada əxlaq, irfan, mənəviyyat və siyasətin bir-birinə bağlılığının vacibliyindən danışdı. Y.Fuzi təkfirçi qruplaşmaların İslam dini adından istifadə edərək törətdikləri əməllərin Qərb ölkələrində müsəlmanlara qarşı nifrət və qəzəb oyatdığını və zorakılıq yaratdığını diqqətə çatdırıb.

AMEA Naxçıvan bölməsinin müəllimi F.Xəlilov keçən il Tehrana səfəri barədə və İmam Xomeyninin anım mərasimində iştirak zamanı xatirələrindən danışaraq, tədbirdə İranın Ali Rəhbərinin çıxışının əsas məzmununun İmam Xomeyninin humanizmlik, sülh və müstəqillik istəyən bir şəxsiyyət olduğunu deyib.

Əllamə Təbatəyi Universitetinin tədqiqatçısı S.H.Nurani isə İmam Xomeyninin irfani şeirlərinin məzmunu barədə məlumat verib.

Naxçıvan Dövlət Universitetinin müəllimi Ceyhun Məmmədov İmam Xomeyninin yaşamı və insanlarla davranış tərzindən bəhs edib.

Baş konsulluğun mədəniyyət attaşesi H.Ağazadə dünya liderlərinin və siyasətçilərinin İslam İnqilabından təəccübləndiklərini diqqətə çatdıraraq deyib: "İyirminci əsrin sonlarında İslam İnqilabının qələbəsi siyasətçilər tərəfindən gözlənilməz bir hadisə idi. Çünki siyasətçilər və tədqiqatçılar XX əsrdə daha heç bir inqilabın olmayacağını proqnozlaşdıraraq öz məqalə və kitablarında yazırdılar. Lakin bu siyasətçi və təqdidatçılar yeni tədqiqatları zamanı anladılar ki, İslam İnqilabı digər dünya inqilablarından fərqlənərək ən az zorakılıqla və itki ilə əldə olunub".

Elmi konfransın sonunda iştirakçılar təşkil olunan ehsan süfrəsinə dəvət olunublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti