...

Bakı metrosunun yay qrafiki açıqlandı

Cəmiyyət Materials 14 İyun 2016 12:34 (UTC +04:00)
İyunun 22-dən Bakı metrosu yay qrafikinə keçir.
Bakı metrosunun yay qrafiki açıqlandı

Bakı. Samir Əli - Trend:

İyunun 22-dən Bakı metrosu yay qrafikinə keçir. Bu barədə Trend-ə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Qurum rəsmisi bildirib ki, yeni qrafikə əsasən, hərəkət cədvəli 24 cüt/saat qatarla olacaq: "Qış qrafikində bunlar 30 cüt/saat qatarla idi. Yəni "Həzi Aslanov" - "28 May" stansiyaları arası interval pik saatlarda 2.5 dəqiqə, qeyri-pik saatlarda isə 3 dəqiqə olacaq. "28 May" - "İçərişəhər", "28 May" - "Dərnəgül" xətləri arası isə interval müvafiq olaraq 5-6 dəqiqə olacaq".

N.Paşayev bildirib ki, qeyri-iş günlərində isə fərqli qrafik tətbiq ediləcək: "Əvvəllər pik saatlarında qatar 2 dəqiqədən bir xəttə buraxılırdısa, yay qrafikində isə interval 2.5 dəqiqə olacaq. Həm qeyri-iş günlərində, həm də sərnişinin az olduğu səhər və gecə saatlarında fərqli qrafik olur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti