...

Heydər Əliyev Beynəlxalq Hava Limanında ilk spottinq keçirilib (FOTO/VİDEO)

Cəmiyyət Materials 29 Avqust 2016 13:07 (UTC +04:00)
Heydər Əliyev Beynəlxalq Hava Limanında "Azərbaycan Hava Yolları" (AZAL) QSC tərəfindən təşkil olunan ilk rəsmi spottinq keçirilib.
Heydər Əliyev Beynəlxalq Hava Limanında ilk spottinq keçirilib (FOTO/VİDEO)

Bakı. Trend:

Heydər Əliyev Beynəlxalq Hava Limanında "Azərbaycan Hava Yolları" (AZAL) QSC tərəfindən təşkil olunan ilk rəsmi spottinq keçirilib.

QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə 30-a yaxın peşəkar fotoqraf və aviasiya fotoqrafiya həvəskarları iştirak edib.

Spotterlər Boeing-767, Boeing-757, Airbus A340, A320, həmçinin Boeing 747F və İL-76 yük təyyarələrinin qalxması və yerə enməsini çəkmək üçün unikal imkan əldə ediblər. Həmçinin iştirakçılar hava gəmilərinə yerüstü xidmət prosesini və aerodrom texnikasının işini canlı müşahidə edə biliblər.

Bundan başqa, təşkil olunan ekskursiya çərçivəsində spotterlər "Airbus A340-500" təyyarəsinin sükanı arxasında əyləşə və biznes aviasiya təyyarələrinin fotoşəkillərini çəkə biliblər.

Aviasiya spottinqi - təyyarələrin fotoçəkilişi və müşahidəsi - aviasiyaya və fotoqrafiyaya meyl göstərən minlərlə insanları birləşdirən həvəsdir. Aviaspottinq həvəskarları bütün dünyada hava gəmilərinin ən yaxşı kadrlarını çəkir və bölüşürlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti