...

Lerik və Yardımlı kəndlərinin yolu bağlanıb

Cəmiyyət Materials 2 Noyabr 2016 15:05 (UTC +04:00)
Sürüşmələrlə əlaqədar Lerik və Yardımlı rayonlarında əsasən dağlıq kəndlərinə gedən yolların çoxu bağlanıb.
Lerik və Yardımlı kəndlərinin yolu bağlanıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Sürüşmələrlə əlaqədar Lerik və Yardımlı rayonlarında əsasən dağlıq kəndlərinə gedən yolların çoxu bağlanıb.

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə elmlər doktoru Starə Tarixəzəri deyib.

Onun sözlərinə görə, Azərbaycan ərazisinə şimal və şimal-qərbdən daxil olan rütubətli hava kütlələri son günlər ərzində ölkə ərazisindəki sürüşmə sahələrinin çox aktivləşməsinə səbəb olub.

Azərbaycanın cənub bölgəsində Lerik-Lənkəran-Astara yolunda da sürüşmənin fəallaşdığını bildirən S.Tarixəzəri qeyd edib ki, əvvəllər Cəlilabad rayonunda böyük miqyaslı sürüşmələr baş verməsə də, artıq bu rayonda da sürüşmələr aktivləşib: “Ələt-Astara magistral yolunun Cəlilabad rayonundan keçən hissəsində sürüşmə-çökmə baş verib. Bütün bunlar onu göstərir ki, sürüşmələrin miqyası getdikcə genişlənir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti