...

Türkiyə türkcəsindən erməni dilinə 1500 söz keçib

Cəmiyyət Materials 23 Noyabr 2016 15:58 (UTC +04:00)
Türkiyənin Hacettepe Universitetinin professoru Şükrü Halük Akalın bu gün AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda olub.
Türkiyə türkcəsindən erməni dilinə 1500 söz keçib

Bakı. İlhamə İsabalayeva - Trend:

Türkiyə türkcəsindən erməni dilinə 1500 söz keçib.

Trend-in məlumatına görə, bunu Türkiyənin Hacettepe Universitetinin professoru Şükrü Halük Akalın bu gün AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda keçirilən görüşdə deyib.

Onun sözlərinə görə, erməni dilindən də türk dilinə 15 söz keçib. Bu sözlər də vulqar sözlərdir: “Məsələn “moruq” sözü onların dilində “qocalmış adam” deməkdir”.

H.Ş.Akalın bildirib ki, Dilçilik İnstitutu Azərbaycan ilə əlaqə yaratmaq üçün ən əlverişli müəssisələrdən biridir.

Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü M.Nağısoylu qonağı instituttda görməkdən məmnunluğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti