...

“ASAN qatar” Qazaxdan açılış etdi

Cəmiyyət Materials 2 Fevral 2017 14:13 (UTC +04:00)
Səyyar “ASAN qatar” ilk dəfə olaraq 1 fevral tarixinden etibarən Qazax şəhərində 15 gün müddətində vətəndaşlara xidmət göstərəcək.
“ASAN qatar” Qazaxdan açılış etdi

Bakı. Trend:

Səyyar “ASAN qatar” ilk dəfə olaraq 1 fevral tarixinden etibarən Qazax şəhərində 15 gün müddətində vətəndaşlara xidmət göstərəcək.

Bu barədə Trend-ə ASAN-dan məlumat verilib.

“ASAN qatar”ları ölkəmizdə geniş dəmiryolu şəbəkəsi, mövcud infrastruktur, kommunikasiya xətləri və ən müasir texnologiyalardan istifadə edərək yerlərdə vətəndaşlara xidmət göstərməyi nəzərdə tutur. Belə ki, “ASAN qatar” növbəli qaydada ölkədə bütün istiqamətlərdə hərəkət edərək əvvəlcədən təyin olunan yerdə dayanacaq və əhaliyə xidmət göstərəcək. Fevralın 1-dən etibarən ilk dəfə olaraq Səyyar “ASAN qatar” vasitəsilə Qazax rayonunda sakinlərə 15 gün müddətində səyyar formada xidmətə başlanıb. Asan qatarın xidmətlərindən Qazaxla yanaşı ətraf rayonlar olar Şəmkir, Ağstafa və Tovuz rayonlarının sakinləri də faydalana bilər. Xidmətlər 4 dövlət orqanı - Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim olunur.

Səyyar “ASAN qatar” gözləmə zalı, laboratoriya, xidmət zalı, əməkdaşların istirahət kupeləri olmaqla 4 vaqondan ibarətdir. Hava şəraitinin qarlı və soyuq olmasına baxmayaraq elə ilk gündən rayon əhalisinin fəallığı müşahidə olunur. Asan qatara üz tutanlar əsasən şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportları eləcə də digər xidmıətlərlə yanaşı asan laboratoriyada qan analizləri üçün də müraciət edirlər. Asan qatara yaxınlaşan vətəndaş dinlənilir və aidiyyatı üzrə xidmət vaqonunda onun müraciəti təmin olunur. Vaxt itkisi olmadan xidmətlərdən yararlanan sakinlər yaradılan bu şəraitdən məmnunluqlarını ifadə edirlər. Asan qatar Qazaxdan sonra Tovuz rayonunun Qovlar şəhərində əhaliyə xidmət göstərəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti