Hacıbala Abutalıbov: Bakıda təhsil və təlim-tərbiyə müəssisələrində məskunlaşmış məcburi köçkünlərin sayı 8666 nəfərdir

Hacıbala Abutalıbov: Bakıda təhsil və təlim-tərbiyə müəssisələrində məskunlaşmış məcburi köçkünlərin sayı 8666 nəfərdir

Bakı. Trend:

Bakıda təhsil və təlim-tərbiyə müəssisələrində məskunlaşmış məcburi köçkünlərin sayı 8666 nəfərdir.

Trend-in məlumatına görə, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov martın 9-da Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirədə çıxışı zamanı deyib.

H.Abutalıbov bildirib ki, torpaqlarımızın işğalı nəticəsində öz doğma yurd-yuvasından didərgin düşərək paytaxta pənah gətirmiş və Bakı şəhərində məcburi köçkün statusunda məskunlaşmış soydaşlarımızın sayı qeydiyyatda olanlar və olmayanlarla birlikdə 217 min 118 nəfərdir: “Onlar uşaq bağçalarında, təhsil müəssisələrində, yataqxanalarda, sanatoriya və digər sosial obyektlərdə, vaqonlarda, 1992-ci illərdə tikintisi tamamlanmamış, istismara qəbul olunmamış, hətta tikintisi başa çataraq istismara verilmiş və Bakı sakinlərinə orderləri paylanmış binalarda yerləşmişlər. Bütün bunlar isə paytaxtda müəyyən infrastruktur çətinliklərinin yaranmasına səbəb olur. Xüsusi olaraq vurğulamaq istərdim ki, Bakı şəhəri ərazisində təhsil və təlim-tərbiyə müəssisələrində məskunlaşmış məcburi köçkünlərin sayı 8666 nəfərdir ki, onların da 3345 nəfəri uşaq bağçalarında yerləşmişlər. Əgər onların hazır mənzillərə köçürülməsi təmin edilərsə, yaranan əlavə yerlər hesabına 8320 uşağın bağçaya qəbulunu təmin etmək mümkün olar. Hazırda Bakı şəhərində 37 min 462 uşaq bağçada təlim-tərbiyə alır ki, bu da ümumi tələbatın 34,64 faizinin ödənilməsi deməkdir. Xatırladım ki, 2012-ci ildə Sizin təşəbbüsünüzlə uşaq bağçaları Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilərkən bu rəqəm yalnız 18 faiz idi”.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı qeyd edib ki, hazırda Bakı şəhərində Heydər Əliyev Fondu tərəfindən yeni tikilmiş 3 tədris korpusu və dövlət tərəfindən həyata keçirilmiş əsaslı təmir və yenidənqurma işləri sayəsində 67 məktəbəqədər təhsil müəssisəsinin yeni tikilmiş bağçalar və tədris korpusları daxil olmaqla fəaliyyətə başlaması üçün standartlara uyğun lazımi şərait yaradılıb: “Lakin hələlik maliyyə vəsaitinin ayrılmaması ilə əlaqədar olaraq yeni tikilmiş bağçaların və tədris korpuslarının, eləcə də 8320 uşaq qəbul edəcək qrupların fəaliyyətə başlaması mümkün olmayıb. Əgər hazırda təmir edilmiş uşaq bağçalarındakı boş qrupları və köçürüləcək məcburi köçkünlər hesabına yaranmış boş yerləri nəzərə alsaq, bu gün uşaq bağçalarına əlavə 11 min 570 uşaq qəbul oluna bilər. Bu isə bağça yaşına çatan uşaqların 45,4 faizi deməkdir. Bununla belə, hazırda yeni inşa edilmiş, eləcə də son illərdə əsaslı təmir və yenidənqurma işləri aparılmış məktəbəqədər təhsil müəssisələrində və tədris korpuslarında standartlara tam cavab verən və lazımi şəraiti olan qruplarda tədris və təlim-tərbiyə prosesində heç bir maneçilik törətmədən 20 əvəzinə 25 uşağın təlim-tərbiyəsi üçün tam imkanlar yaradılıb.

Möhtərəm Mehriban xanım, Sizin dəstəyinizlə Heydər Əliyev Fondu və dövlət tərəfindən tikilmiş, yüksək səviyyədə təmir olunmuş, genişləndirilmiş və hər cür imkanlara malik uşaq bağçalarında qrupları genişləndirməklə, əlavə olaraq 9915 uşağın təlim-tərbiyə almasına qəbuluna şərait yaratmış olarıq ki, bu da ümumi tələbatın 49,5 faizini ödəyə bilər. Əgər məcburi köçkünlərin köçürülməsi hesabına boşalmış yerləri də 25 nəfərlik qruplar standartına uyğunlaşdırsaq, hazırkı tələbat 34,64 faiz əvəzinə 55,3 faizi təmin olunar. Çox da böyük əlavə vəsait sərf olunmadan qənaət hesabına məsələnin bu yolla həlli həm də bağçalarda qayda-qanunun daha yüksək səviyyəyə çatdırılması, eyni zamanda, məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində irəliləyişə nail olunması deməkdir”.

H.Abutalıbovun sözlərinə görə, aparılmış təhlillər nəticəsində məlum olub ki, Bakı şəhərində mövcud dövlət məktəbəqədər təhsil müəssisələrində qruplar üzrə uşaq sıxlığı normalarının 5 nəfər həddinə qaldırılması, o cümlədən yeni inşa edilmiş uşaq bağçalarının və tədris korpuslarının, eləcə də məktəbəqədər təhsil müəssisələrində həyata keçirilmiş əsaslı təmir və yenidənqurma işləri ilə bağlı standartlara uyğun tam şərait yaradılmış əlavə qrupların fəaliyyətə başlaması nəticəsində təxmini hesablamalara görə, Bakı şəhərində məktəbəqədər təhsil müəssisələrinə əlavə 18 min nəfərə yaxın uşağın qəbul edilməsi mümkün olacaq: “Bu isə, öz növbəsində, mövcud problemin operativ və effektiv həllinə imkan yaratmaqla yanaşı, bağçalarda təlim-tərbiyə alan uşaqların gündə dörd dəfə yüksəkkeyfiyyətli yeməklə təmin edilməsinə, Bakı şəhərində yaşayan 18 min aztəminatlı ailənin sosial vəziyyətinin yaxşılaşmasına səbəb olacaq. Eyni zamanda, məsələnin bu formada həlli dövlət tərəfindən əlavə olaraq 141 uşaq bağçasının tikilməsi və yaxud 210 milyon manat dövlət vəsaitinə qənaət olunması deməkdir.

Qeyd edilənləri və Bakı şəhərində vətəndaşların məktəbəqədər təhsil müəssisələrinin xidmətlərinə duyulan zəruri ehtiyacları nəzərə alaraq, gələcəyimiz olan uşaqların intellektual və fiziki inkişafını, onların zəruri bilik və bacarıqlara yiyələnməsini təmin etmək üçün Bakı şəhərində uşaqların məktəbəqədər təhsil müəssisələrinə cəlb olunmasının sürətləndirilməsi məqsədilə əlavə qrupların fəaliyyətə başlamasına kömək göstərməyinizi Sizdən xahiş edirik”.

Dekabrın 4-də xarici valyutaların manata qarşı məzənnələri
Dekabrın 4-də xarici valyutaların manata qarşı məzənnələri
“AccessBank” “The Banker” tərəfindən “İlin bankı” seçilib
“AccessBank” “The Banker” tərəfindən “İlin bankı” seçilib
BirBank istifadəçiləri onlayn ödənişlər zamanı hədiyyələr qazanacaqlar
BirBank istifadəçiləri onlayn ödənişlər zamanı hədiyyələr qazanacaqlar
Loading Bars
Xəbər lenti
AQTA 43 obyektdə koronavirusla bağlı qayda pozuntusu aşkarladı (FOTO)
Niderlandda Fransa Senatının və Belçika Parlamentinin qəbul etdiyi qətnamələrə etiraz aksiyası keçirilib
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi (VİDEO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəhidlərimizin xatirəsini yad ediblər (VİDEO) (YENİLƏNİB)
Yaşayış yerini tərk edən aktiv koronavirus daşıyıcısı barədə cinayət işi başlanılıb (FOTO/VİDEO)
Ərdoğan və Ruhani Qarabağı müzakirə edib
Güclü dövlətin hərbçisi olmaq çox qürurvericidir - Qarabağ qazisi
Ötən gün 21 koronavirus xəstəsi ictimai yerlərdə saxlanılıb
Azərbaycan nefti 50 dollar həddinə yaxınlaşır
Fransa hökuməti Qarabağın müstəqilliyini tanımır - Fransa səfiri
Azərbaycanın qaz ixracında Türkiyə bazarının payı 79 faiz olub
Azərbaycanın Türkiyədən sement idxalı azalıb
Taksi fəaliyyəti ilə məşğul olan COVİD-19 xəstəsi saxlanılıb (FOTO)
Rusiyada təyyarə bir gündə iki dəfə təcili eniş etdi
Müəllimlərinə "Qarabağı biz alacağıq" deyib - Ad günündə dəfn edilən şəhid Nicat Tarverdiyev
Bakıda elektron əşya mağazalarından oğurluq edən saxlanılıb
Prezident İlham Əliyev şəhidlərimizlə bağlı paylaşım edib (FOTO)
Azərbaycan Prezidenti: BMT Təhlükəsizlik Şurasının qətnamələrinin güc yolu ilə icrası qaçılmaz idi
Vətən Müharibəsində şəhid olan DİN kapitanı (FOTO)
Azərbaycan Prezidenti: Ermənistan son dəqiqəyə qədər xüsusi sessiyanın keçirilməsi üçün hazırlıq prosesinə mane olmağa çalışıb
Azərbaycan Prezidenti: Son iki il ərzində Ermənistan danışıqlar prosesini məqsədyönlü şəkildə məhv edib
Prezident İlham Əliyev: Dağlıq Qarabağ münaqişəsi hərbi-siyasi yollarla həll edilib
Fransanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılacaq - XİN
Prezident İlham Əliyev: Pandemiya başlayandan bəri Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx təmasdadır
Azərbaycan Prezidenti: Azərbaycan virusun yayılmasının qarşısını almaq məqsədilə vaxtında zəruri tədbirlər həyata keçirib
Prezident İlham Əliyev: Bu gün dünya üçün ən böyük təhlükə olan COVID-19 ilə mübarizədə beynəlxalq ictimaiyyətin birgə səylərinə çox böyük ehtiyac var
Prezident İlham Əliyev BMT Baş Assambleyasının COVID-19 ilə mübarizəyə həsr edilmiş xüsusi sessiyasında çıxış edib (VİDEO)
Binəqədidə koronavirus xəstəsinə cinayət işi açılıb
Vyetnamdakı azərbaycanlılar COVİD-19 səbəbindən təxliyə edilib
Samsung AirDresser – qarderobunuza yeni baxım dövrünü bəxş edir (FOTO)
Türkiyənin türkdilli ölkələrə ixracı artıb
Birlikdə böyüyüb, birlikdə döyüşən əmioğlular - Biri şəhid, digəri qazi (FOTO)
Türkiyə səfirliyi Azərbaycana başsağlığı verib
2-ci Qarabağ müharibəsində qələbənin əsas memarı Ali Baş Komandan İlham Əliyevdir - Deputat
Bakıda ev yanıb
Məcburi köçkünlər geri qayıtdıqdan sonra torpaq bölgüsü necə aparıla bilər? - Komitə sədri açıqladı
Bərdədə koronavirus xəstəsi barədə cinayət işi açılıb
Dekabrın 4-də xarici valyutaların manata qarşı məzənnələri
SOCAR təsdiq olunmuş neft ehtiyatlarının həcmini açıqlayıb
Yardımlıda mağaza yanıb
Ərəbistan koalisiyası husilərə məxsus minalanmış PUA-nı məhv ediblər
Ceyhan terminalından 195 milyon bareldən çox AÇQ nefti nəql edilib
Braziliya Senatı ölkənin atom bombasına sahib olma ehtimalını nəzərdən keçirəcək
Dünyada koronavirusa yoluxanların sayı 65 milyon nəfəri ötüb
İngiltərədə zavodda partlayış olub, ölən və yaralananlar var
Moskvada koronavirusdan daha 77 nəfər ölüb
Bakıda sex yanıb
Türkiyə və İran prezidentləri Dağlıq Qarabağı müzakirə ediblər
"Euronews" erməni işğalından azad edilmiş Suqovuşan kəndindən süjet hazırlayıb (VİDEO)
UEFA Avropa Liqası: "Qarabağ" qrup mərhələsində "Makkabi" ilə heç-heçə edib
Bu gün saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək
Türkiyədə koronavirusdan sağalanların sayı 418 mini keçib
Azərbaycan “OPEC plus”un 2021-ci ilin yanvarında gündəlik hasilatın 500 min barrel artırılması barədə qərarını dəstəkləyib
Fransa Milli Assambleyasının sülhü dəstəkləmək əvəzinə qərəzli, ədalətsiz qətnamə qəbul etməsi insanlığa qətiyyən sığımır - Deputat
Hikmət Hacıyev şəhidlərlə bağlı paylaşım edib
Azərbaycan XİN: Ermənistan tərəfinin sərgilədiyi destruktiv mövqe bu ölkəni uçuruma sürükləyib
Türk Şurası Azərbaycana başsağlığı verib
"OPEK plyus" ölkələri yanvar ayından etibarən neft hasilatını artırmağa razılaşıb
Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolu daim artmaqdadır - Hikmət Babaoğlu
Prezident İlham Əliyev: Beynəlxalq ictimaiyyət pandemiyadan yalnız birlik və çoxtərəfli əməkdaşlıq əsasında xilas ola bilər
Könüllülərin “Azərbaycan - Türkiyə Həmrəylik Görüşü” baş tutub (FOTO)
Ona cavab vermək istəyəndə anladım ki, artıq mən yoxam - Şəhidlə olmayan müsahibə (FOTO)
Azərbaycan beynəlxalq səviyyədə daha bir ilkə imza atdı - Bəhruz Quliyev
Azərbaycan Prezidenti: BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi Qoşulmama Hərəkatına üzv dövlətlərin möhtəşəm uğurudur
Ərazilərin işğaldan tam azad olunmasının iqtisadi inkişafımıza çox böyük təsiri olacaq - Tamam Cəfərova
Əfqan Sadıqovun vəziyyəti Ombudsmanın diqqət mərkəzindədir
Bu il Azərbaycanın məhsul ixrac etdiyi ölkələr bunlar olub
Azərbaycan Prezidenti: Qoşulmama Hərəkatı BMT sisteminin COVID-19 ilə mübarizədə fəaliyyətini yüksək qiymətləndirir
Prezident İlham Əliyev: 2020-ci il ərzində dünya ictimaiyyəti müasir tariximizin ən ciddi səhiyyə böhranı ilə üzləşib
"Bakı metropoliteni" tender elan edib
Bolqarıstandakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi təbrik ediblər
Prezident İlham Əliyev BMT Baş Assambleyasının COVID-19 ilə mübarizəyə həsr edilən xüsusi sessiyasında videoformatda çıxış edib (FOTO/VİDEO)
Sağlamlıq imkanları məhdud uşaqlar müasir reabilitasiya sistemi ilə əhatə olunub
ATƏT-in Minsk Qrupu həmsədr ölkələri Qarabağda hərbi əməliyyatların dayandırılmasını alqışlayır
Bakıda 14 obyekt karantin qaydalarını pozub - İqtisadiyyat Nazirliyi
Prezident İlham Əliyevin təşəbbüsü əsasında BMT Baş Assambleyasının COVID-19-la bağlı xüsusi sessiyası başlayıb
Rusiya ümid edir ki, UNESCO missiyası dini məbədlərin mühafizəsinin qiymətləndirilməsi üçün Qarabağa gələcək
ƏƏSMN və “Mtv Azərbaycan” “Bərabərik” layihəsini təqdim edir (FOTO/VİDEO)
Gürcüstanda parlament seçkilərinin yekun nəticələri açıqlanıb
Təhsil Nazirliyi tələbələrə müraciət edib
Azərbaycanda 11 ayda sosial təminat üzrə 5 milyard 264 milyon manat ödəmə edilib
SOCAR-ın qaz ehtiyatları təxminən 14 faiz artıb
Prezident İlham Əliyev Azərbaycan xalqının milli maraqlarını qətiyyətlə müdafiə edərək tarixi qələbəyə imza atdı
Mədəniyyət nazirinin sabiq müavini və xidmət rəisinin həbs müddəti uzadıldı
Türk dünyası “Vikipediya”da: Bir ay ərzində 60-dan çox məqalə yaradılıb
Ceyhun Bayramov və Mevlüt Çavuşoğlu arasında telefon danışığı olub
Beynəlxalq Bankdan alınacaq problemli aktivlər əvəzində əldə edilən əmlakın bölüşdürülməsi qaydası dəyişib
Milli Preventiv Qrupun üzvləri Şəki rayon Psixiatriya Xəstəxanasına başçəkmə həyata keçirib (FOTO)
Dekabrın 4-də manatın dollara qarşı məzənnəsi
Sumqayıtda koronavirusa qarşı nəzarət-profilaktik tədbirlər genişləndirilib (FOTO)
Gəncədə xüsusi karantin rejiminə riayət etməyənlər cərimələnib (FOTO)
Azərbaycan kommersiya banklarının birgə bankomat şəbəkəsi istifadəyə verilib
Münaqişələrin tənzimlənməsində ATƏT-in potensialına tələbat var - Sergey Lavrov
Tovuz və Gədəbəyin kəndlərində içməli su layihələri icra edilir (FOTO)
Ermənistan müxalifəti Paşinyanın yerinə vahid namizədini açıqladı
Qarabağ razılaşması Türkiyə-Ermənistan münasibətlərinə müsbət təsir edə bilər - Mövlud Çavuşoğlu
Koreya hökuməti ölkəmizə Səyyar COVID - 19 Müayinə Köşkləri ianə edib (FOTO)
Yelo Bank «Yelo school» sosial layihəsinin ikinci hissəsinə start verdi
Qobustanda virusun yayılmasına şərait yaradan iki COVİD-19 xəstəsi saxlanılıb
Pərviz Şahbazov 7-ci Beynəlxalq Enerji Forumu - Beynəlxalq Qaz İttifaqı Nazirlərinin Qaz Forumunda iştirak edib
Bütün xəbərlər