...

Hacı Zeynalabdin Tağıyev haqqında kitab işıq üzü görüb

Cəmiyyət Materials 6 İyun 2017 14:34 (UTC +04:00)
"Xan" nəşriyyatında Azərbaycanın görkəmli sahibkarı və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevə həsr olunmuş kitab nəşr olunub.
Hacı Zeynalabdin Tağıyev haqqında kitab işıq üzü görüb

Bakı. Trend:

"Xan" nəşriyyatında Azərbaycanın görkəmli sahibkarı və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevə həsr olunmuş kitab nəşr olunub.

Azərbaycan Tarixi Muzeyindən Trend-ə verilən məlumata görə, "Hacı Zeynalabdin Tağıyev xatirələrdə" adlı kitabda milyonçu-mesenat haqqında onun müasirləri olmuş insanların xatirələri və oçerkləri toplanıb.

Nəşrdə H.Z.Tağıyev haqqında iki bioqrafik oçerk, görkəmli ziyalıların, onun vəsaitinə təhsil alan tələbələrin, xeyriyyəçi ilə ünsiyyətdə olmuş insanların xatirələri toplanıb. Kitabın tərtibçisi, ön sözün və şərhlərin müəllifi AMEA Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi Fərhad Cabbarovdur.

Yeni kitab 2013-cü ildə F.Cabbarovun tərtib etdiyi H.Z.Tağıyev haqqında xatirələr toplusunun ikinci, təkmilləşdirilmiş nəşridir. Kitaba olan oxucu marağını nəzərə alaraq onun yenidən çap olunması qərara alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti