...

"Avropa Avtobus Turu"nun nümayəndələri UNEC-in Zaqatala filialında (FOTO)

Cəmiyyət Materials 22 Sentyabr 2017 15:03 (UTC +04:00)
Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin Avropa İttifaqı “Avtobus turu 2017” layihəsi çərçivəsində “Avropa Avtobus Turu”nun nümayəndələri UNEC-in Zaqatala filialında olublar.
"Avropa Avtobus Turu"nun nümayəndələri UNEC-in Zaqatala filialında (FOTO)

Bakı. Trend:

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin Avropa İttifaqı “Avtobus turu 2017” layihəsi çərçivəsində “Avropa Avtobus Turu”nun nümayəndələri UNEC-in Zaqatala filialında olublar.

UNEC-in Marketinq və Kommunikasiya Departamenti, İctimaiyyətlə Əlaqələr Şöbəsindən Trend-ə verilən məlumata görə, filialın tələbələri ilə görüşən layihə nümayəndələri onlara Aİ, Avropa ölkələrinin mədəniyyəti haqqında məlumat verib, təhsil imkanlarından danışıblar.

Kiçik və orta sahibkarlıq üçün marketinq, brendinq, qeyri və sosial media marketinqi mövzusunda ustad dərsləri təşkil ediblər. Aİ-nin Azərbaycanla əlaqəsi haqqında ətraflı məlumat verilən tədbirdə gənclər üçün “Erasmus+”, “Avropanın Gənc Səfirləri” proqramlarının təqdimatları da təşkil olunub.

Tələbələr biznes sirlərindən bəhs edən kitablar, Aİ-nin fəaliyyətini özündə əks etdirən stend və rəsm sərgilərini maraqla qarşılayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti