...

Coğrafiya İnstitutundan həyəcan təbili: Asfaltda yeni çatlar yaranıb, sürüşmə prosesi davam edir

Cəmiyyət Materials 27 Sentyabr 2017 07:50 (UTC +04:00)
Hazırda Bakı-Şamaxı-Ağsu və Şamaxı-Muğanlı-İsmayıllı yollarında sürüşmə hadisələri baxımından vəziyyət gərgindir.
Coğrafiya İnstitutundan həyəcan təbili: Asfaltda yeni çatlar yaranıb, sürüşmə prosesi davam edir

Bakı. İlhamə İsabalayeva - Trend:

Hazırda Bakı-Şamaxı-Ağsu və Şamaxı-Muğanlı-İsmayıllı yollarında sürüşmə hadisələri baxımından vəziyyət gərgindir.

Bunu Trend-ə AMEA-nın ak. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə elmlər doktoru Starə Tarixəzəri deyib.

Onun sözlərinə görə, Bakı-Qobustan-Şamaxı yolunun 106-107-ci kilometrliyində asfalt üzərində yeni çatlar yaranıb:

"Hazırda ərazidə sürüşmə prosesi davam edir. Yolun bir hissəsi dağılıb. Ağsu aşırımı onsuz da təhlükəli zonadır. Payızda havanın rütubətli keçməsi, yağıntıların çox olması sürüşmələrin fəallaşmasına səbəb ola bilər".

S.Tarixəzəri qeyd edib ki, Böyük Qafqazın cənub yamacında fəallaşan sürüşmə sahələrinə Şamaxı (Muğanlı, Qaravəlli, Mədrəsə kəndləri və b.), Ağsu, İsmayllı (Basqal kəndi və b.) rayonları aiddir. Sürüşmələr həm də Dəmiraparançay, Girdimançay, Ağsuçay, Daşağılçay, Pirsaatçay və s. çay dərələrində geniş yayılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti