...

Binəqədidə "Azərbaycanın xarici siyasətinin konseptual əsasları və İlham Əliyev" məlumat saatı keçirilib (FOTO)

Cəmiyyət Materials 13 Oktyabr 2017 11:26 (UTC +04:00)

Bakı. Trend:

Binəqədi Rayon İcra Hakimiyyətində “Azərbaycanın xarici siyasətinin konseptual əsasları və İlham Əliyev” mövzusunda “Məlumat saatı” keçirilib.

İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, Məlumat saatında Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Azərbaycan Respublikasının Milli Məclisinin İnsan hüquqları komitəsinin və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq, siyasi şərhçi Elman Nəsirov, RİH başçısı Aparatının şöbə müdirləri və əməkdaşları, rayon bələdiyyələri, rayon icra nümayəndəlikləri, rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov və YAP Binəqədi rayon təşkilatının gənc fəalları iştirak ediblər.

Tədbiri Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva açaraq politoloq, siyasi şərhçi, millət vəkili Elman Nəsirova dəvəti qəbul etdiyi üçün Rayon İcra Hakimiyyəti adından təşəkkür edib.

Sonra məruzə ilə çıxış etmək üçün söz Azərbaycan Respublikasının Milli Məclisinin İnsan hüquqları komitəsinin və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq, siyasi şərhçi Elman Nəsirova verilib. Natiq çıxışında bildirib ki, suveren dövlət kimi, Azərbaycan Respublikası daxili və xarici siyasət vasitələrindən istifadə edərək mövcud təhlükəsizlik mühitində təhdidlərin nəzarət altında saxlanılmasına və aradan qaldırılmasına, habelə ölkənin milli maraqlarının təmin edilməsinə yönəlmiş milli təhlükəsizlik siyasətini formalaşdırır və həyata keçirir. Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasəti xarici və daxili təhlükəsizlik arasında mövcud ayırıcı xətləri əhatə edən və adekvat çoxfunksiyalı tədbirlər tələb edən təhdidlərin müxtəlif ölçülü xarakterini nəzərə alır.

Natiq bildirib ki, 1993-cü ilin yayından Azərbaycanın ictimai-siyasi həyatında situasiya dəyişməyə başladı. Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra ölkəmizdə əsaslı islahatların təməli qoyuldu. Heydər Əliyev müstəqil Azərbaycanın xarici siyasət strategiyasını müəyyənləşdirərkən əsasən diplomatik vasitələrə üstünlük vermişdir. Bu gün hər kəsin haqqında danışdığı “balanslaşdırılmış xarici siyasət kursu”nun əsası məhz ümummilli lider tərəfindən qoyulmuşdur. Ötən illərin təcrübəsi göstərdi ki, ümummilli liderin formalaşdırdığı siyasət kursu zamanın bütün tələblərinə cavab vermiş və bu gün də həmin siyasət ölkəmizin beynəlxalq aləmdəki mövqelərini getdikcə möhkəmləndirir. Ümummilli lider bunun üçün önəmli vəzifə kimi bərabərhüquqlu əlaqələr yaratmağı qarşıya qoyurdu. Bu tezisin geosiyasi mənası dərindir. Əsas diqqət Azərbaycanın müstəqilliyinin təmin edilməsi və qorunub saxlanılmasına yetirilir. Bu, o demək idi ki, Azərbaycan öz müstəqilliyini qoruyacaq və daimi edəcək. Ulu öndər qətiyyətlə bildirirdi ki, Azərbaycanın müstəqilliyini təmin edən atributlardan biri xarici siyasətdir: “Azərbaycanın sağlam xarici siyasəti olmalıdır, düşünülmüş xarici siyasəti olmalıdır, uzaqgörən xarici siyasəti olmalıdır. Elə xarici siyasəti olmalıdır ki, Azərbaycanı dünya dövlətləri birliyinə bağlasın, Azərbaycanın bütün dövlətlərlə əlaqəsini, Azərbaycanın mənafeyini təmin etsin və Azərbaycanı de-fakto dünya miqyasında bir müstəqil dövlət kimi tanıtmağı təmin edə bilsin”.

Ümummilli lider Heydər Əliyevin xarici siyasət kursunu uğurla davam etdirən Prezident İlham Əliyev yüksək diplomatik istedadı sayəsində dünyanın siyasi-iqtisadi mənzərəsini müəyyən edən aparıcı dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətləri keyfiyyətcə yeni müstəvidə daha da inkişaf etdirib. Son illərdə həyata keçirilən uğurlu xarici siyasət nəticəsində Azərbaycan təkcə regionda deyil, həmçinin dünya birliyində inkişaf etmiş müstəqil dövlətə çevrilib. Bu siyasətin nəticəsidir ki, Azərbaycan dünyanın 155 ölkəsindən dəstək alaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında 2012-2013-cü illəri əhatə edən ikiillik fəaliyyəti dövründə dünyada təhlükəsizliyin və sülhün bərqərar olmasına, eləcə də sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafına dair beynəlxalq gündəlikdə duran ən aktual məsələlər üzrə müxtəlif səviyyələrdə müzakirələr və qərarların qəbul edilməsində bilavasitə iştirak edib. Bu iki il ərzində Azərbaycan iki dəfə - 2012-ci ilin mayında və 2013-cü ilin oktyabrında Təhlükəsizlik Şurasına sədrlik edib və bir sıra əhəmiyyətli mövzular üzrə müzakirələr, eləcə də, yüksək səviyyəli tədbirlər təşkil edib. Azərbaycan hazırda mühüm geosiyasi məkan kimi regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir. Artıq ölkəmiz bütün regional məsələlərdə əsas iştirakçıdır və dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, “regiondakı strateji əhəmiyyətli heç bir layihə Azərbaycanın razılığı olmadan reallaşa bilməz”.

Daha sonra məruzə ətrafında auditoriyanın sualları cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti