...

Yaşıllaşdırma Təsərrüfatı Birliyi nöqsanlara yol verib

Cəmiyyət Materials 2 Noyabr 2017 16:14 (UTC +04:00)
Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyində proqnozlaşdırılmış və fakitiki qulluq edilmiş yaşıllıq sahələrinin göstəriciləri fərqli olub.
Yaşıllaşdırma Təsərrüfatı Birliyi nöqsanlara yol verib

Bakı. Trend:

Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyində proqnozlaşdırılmış və fakitiki qulluq edilmiş yaşıllıq sahələrinin göstəriciləri fərqli olub.

Bu barədə Trend Hesablama Palatasına istinadən məlumat verir.

Qeyd olunur ki, Birliyin Nizamnaməsinin bəzi tələblərinə riayət edilməyib, Birliyin strukturunu və ştat cədvəli Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən təsdiq etdirilməyib, strukturu “İdarə aparatı” və “sahə işçiləri” olmaqla Birliyin rəhbərliyi tərəfindən təsdiq olunub. Nəticədə 2016-cı ildə aparat işçilərinin ştat cədvəli üzrə 10 dəfə, sahə işçilərinin ştat cədvəlində isə 15 dəfə dəyişiklik edilib.

Bakı şəhərinin yaşıllıqlara xidmət göstərilməsi üçün “Abadlaşdırma xidmətləri haqqının ödənilməsi” paraqrafı üzrə dövlət büdcəsi layihəsinə təqdim olunan və icra prosesində Birlik tərəfindən qulluq edilən sahə göstəriciləri arasında əhəmiyyətli fərqlər olub, müvafiq illərdə “Abadlaşdırma xidmətləri haqqının ödənilməsi” paraqrafı üzrə yaşıllıqlara qulluq xərcləri ilə bağlı təqdim olunmuş proqnozlaşmada Birlik tərəfindən yaşıllıqlara xidmət xərclərinin tərkibində norma ilə nəzərdə tutulmayan xərclər nəzərdə tutularaq proqnozlaşdırılıb.

Birliyin təsdiq edilmiş ştat cədvəllərində yaşıllıq sahəsi işçilərinin əməkhaqları qüvvədə olan normativ-hüquqi aktların tələblərinə uyğun müəyyənləşdirilməyib, aqronom vəzifəsinə uyğun olmayan ixtisaslarda (müəllim, mühəndis, iqtisadçı və s.) audit dövründən əvvəl 13 nəfər şəxs işə qəbul edilib və onlara əməkhaqqı ödənilib, yaşıllıq sahəsi işçilərinin icbari sığorta haqqı ödənilərkən işdən çıxan işçilər üzrə sığorta haqqı azaldılmayıb.

Birlik tərəfindən qanunvericiliyin tələblərinə riayət edilməyərək balansında olan yaşıllıq sahəsinin, habelə həmin sahədə ağac və kolların, çəmənlik və gül sahəsinin, çoxillik əkmələrin inventarizasiyası aparılmayıb, alınması rəsmiləşdirilmiş əkin materiallarının, o cümlədən ağac və kolların, hazır çimin, gül şitillərinin yaşıllıq sahələrində əkilməsi sahə üzrə (rayon üzrə) aktla sənədləşdirilsə də, ünvan və say barədə məlumatlar əks olunmayıb.

Birlik tərəfindən Nizamnaməsinə uyğun təsərrüfat fəaliyyəti göstərməsi üçün əlavə gəlir mənbələri axtarılmayıb, fəaliyyətini yalnız dövlət büdcəsindən Bakı şəhərinin yaşıllıqlarına qulluq məqsədilə ayrılmış vəsait hesabına formalaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti