...

Zəlzələ Ağdama ciddi ziyan vurdu, Üçoğlan kəndində bir ev tamamilə dağıldı

Cəmiyyət Materials 16 Noyabr 2017 01:16 (UTC +04:00)
Azərbaycanda baş verən güclü zəlzələ nəticəsində Ağdam rayonuna ciddi ziyan dəyib.
Zəlzələ Ağdama ciddi ziyan vurdu, Üçoğlan kəndində bir ev tamamilə dağıldı

Bakı. Samir Əli - Trend:

Azərbaycanda baş verən güclü zəlzələ nəticəsində Ağdam rayonuna ciddi ziyan dəyib.

Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, hadisə nəticəsində rayonun Üçoğlan kəndində kənd sakini Səfərova Zəhra Göyüş qızına məxsus bir mərtəbəli 3 otaqlı daş ev tamamilə dağılıb.

Hadisə nəticəsində xəsarət alan olmayib. Kənd ərazisində onlarla evdə böyük çatlar əmələ gəlib.

Zəlzələ nəticəsində rayonun Quzanlı kəndində elektrik transformatoru partlayıb və qəsəbə işıqsız qalıb.

Həmçinin rayonun bir çox yaşayış məntəqələrində evlərdə iri çatlar yaranıb.

Hazırda Ağdam rayon İcra Hakimiyyətində zəlzələ ilə bağlı xüsusi komissiya yaradılıb və zədələnən evlərə baxış keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti