...

Qarabağ xalçaçılığının məlumat bazası yaradılıb

Cəmiyyət Materials 25 Noyabr 2017 17:25 (UTC +04:00)
“Azərbaycan xalçaçıları” İctimai Birliyi “Qarabağda xalçaçılığın müasir inkişaf potensialı” layihəsi çərçivəsində “Qarabağ xalçaçılığının məlumat bazası”nı hazırlayıb.
Qarabağ xalçaçılığının məlumat bazası yaradılıb

Bakı. İlhamə İsabalayeva – Trend:

“Azərbaycan xalçaçıları” İctimai Birliyi “Qarabağda xalçaçılığın müasir inkişaf potensialı” layihəsi çərçivəsində “Qarabağ xalçaçılığının məlumat bazası”nı hazırlayıb.

Birliyin sədri, professor, sənətşünaslıq üzrə elmlər doktoru Röya Tağıyeva Trend-ə bildirib ki, layihənin məqsədi Qarabağda, cəbhə bölgələrində yaşayan əhali arasında ənənəvi xalça istehsalçılarını aşkar etmək, xalçaçılar, toxucular, boyaqçılar, onların sayı, toxuduqları xalça növləri haqqında məlumat toplamaqdır.

Layihənin gedişatında yaradılan “Qarabağ xalçaçılığının məlumat bazası”nda bölgəyə xas xalça növləri, çeşnilər və hazırda burada mövcud olan xalça müəssisələri haqqında məlumatlar toplanıb.

R.Tağıyevanın sözlərinə görə, layihə çərçivəsində Cəbrayıl, Füzuli, Ağdam və Tərtər rayonlarının sakinləri, həmçinin Bakı şəhərində yaşayan, həmin bölgələrdən didərgin düşmüş 10000-dən artıq məcburi köçkünlə görüş keçirilib. Xalçaçı, boyaqçı və toxucularla keçirilən sorğu nəticəsində bu sahənin inkişaf potensialı dəyərləndirilib, təklif və proqnozlar hazırlanıb.

R.Tağıyeva hesab edir ki, Azərbaycanda xalçaçılığa investisiya qoymaq istəyənlər bu məlumatlardan yararlana bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti