...

Əkin yerlərinin yandırılması qadağan edilir

Cəmiyyət Materials 28 Noyabr 2017 12:04 (UTC +04:00)
Əkin yerini yandıranlar cərimələnəcək
Əkin yerlərinin yandırılması qadağan edilir

Bakı. İlhamə İsabalayeva – Trend:

"Torpaqların münbitliyi haqqında" qanuna təklif edilən dəyişikliyə əsasən, əkin yerlərinin yandırılması qadağan edilir.

Trend-in məlumatına görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni dəyişikliklərə əsasən, əkin yerinin yandırılmasına görə fiziki şəxslər 400 manatdan 600 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər 5000 manatdan 6000 manatadək cərimələnəcəklər.

Dəyişikliyin əsas məqsədi əkin yerlərinin, xüsusilə də taxıl biçinindən sonra kövşənliklərin yandırılması hallarının və nəticədə baş verə biləcək daha ciddi fəsadların qarşısının alınması üçün müvafiq məsuliyyət növünün müəyyən edilməsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti