...

6-cı sinif şagirdləri üçün Bakı və Sumqayıtda monitorinq imtahanı keçirilir

Cəmiyyət Materials 20 Dekabr 2017 09:10 (UTC +04:00)
DİM 6-cı siniflərdə təhsil alan şagirdlər üçün Bakı və Sumqayıt şəhərlərində monitorinq imtahanı keçirir
6-cı sinif şagirdləri üçün Bakı və Sumqayıtda monitorinq imtahanı keçirilir

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzi (DİM) 20 və 21 dekabr tarixlərində Bakı və Sumqayıt şəhərlərində ümumtəhsil müəssisələrinin 6-cı siniflərində təhsil alan şagirdlər üçün Azərbaycan (rus) dili və riyaziyyat fənlərindən monitorinq imtahanı keçirəcək.

Mərkəzdən Trend-ə verilən məlumata görə, qeyd olunan şəhərlərdə keçiriləcək monitorinq imtahanlarında 49 məktəb əhatə olunacaq. Azərbaycan dili fənni üzrə 3609, rus dili fənni üzrə 2454, riyaziyyat fənni üzrə isə 3635 şagirdin imtahanda iştirakı nəzərdə tutulur.

Azərbaycan (rus) dili fənni üzrə imtahan bu gun keçiriləcək. İmtahan saat 10:00 da başlanacaq və 2 saat davam edəcək, ilk 1 saat 30 dəqiqə açıq tipli test tapşırıqlarının cavablandırılmasına, son 30 dəqiqə inşa (esse) yazılmasına ayrılır.

Riyaziyyat fənni üzrə imtahan 21 dekabr tarixində keçiriləcək. İmtahan saat 10:00-da başlanacaq və 1 saat 30 dəqiqə davam edəcək.

Qeyd edək ki, monitorinq imtahanlarının nəticələri şagirdlərin biliyinin qiymətləndirilməsinə hüquqi təsir göstərmir və yalnız təhsil sahəsində dövlət standartlarının təmin edilməsi üçün aparılan islahatların, o cümlədən yeni təhsil proqramlarının (kurikulumların) tədris prosesinə təsirinin müəyyənləşdirilməsi məqsədi daşıyır. Ümumtəhsil müəssisələrində bu imtahanlar dövlət vəsaiti hesabına təşkil olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti