...

Alpinistlərin axtarışı Qubada yüksək dağlıq ərazidə mürəkkəb meteoroloji şəraitdə aparılır (FOTO)

Cəmiyyət Materials 31 Dekabr 2017 12:38 (UTC +04:00)
Alpinistlərin axtarışı Qubada yüksək dağlıq ərazidə mürəkkəb meteoroloji şəraitdə aparılır.
Alpinistlərin axtarışı Qubada yüksək dağlıq ərazidə mürəkkəb meteoroloji şəraitdə aparılır (FOTO)

Bakı. Trend:

"Gilavar" hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun tapılması məqsədilə dekabrın 27-də başlanan axtarış işləri davam edir.

Bu barədə Trend-ə Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışları ilə bağlı Əməliyyat Qərargahından məlumat verilib.

Axtarışlar Quba rayonunda yüksək dağlıq ərazidə mürəkkəb meteoroloji şəraitdə aparılır.

Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunan axtarış işlərinə Aviasiya dəstəsinin "Mi-17" markalı helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi və xüsusi təlim keçmiş itlər cəlb olunub. Həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin mütəxəssisləri (xüsusi təyinatlı avadanlıqlarla təhciz edilmiş) və peşəkar alpinistlərdən ibarət könüllü dəstə axtarışlarda iştirak edir.

Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti