...

Bakı Metropolitenində 4G işə düşüb (YENİLƏNİB)

Cəmiyyət Materials 17 Yanvar 2018 11:49 (UTC +04:00)
“Bakcell” MMC mobil rabitə operatoru Bakı Metropolitenində LTE (4G) şəbəkəsini işə salıb.
Bakı Metropolitenində 4G işə düşüb (YENİLƏNİB)

Bakı. Hüseyn Vəliyev - Trend:

“Bakcell” MMC mobil rabitə operatoru Bakı Metropolitenində LTE (4G) şəbəkəsini işə salıb.

Bu barədə Trend-ə şirkətdən məlumat verilib.

LTE şəbəkəsi ilə yüksək sürətli internet xidməti stansiyaların platformalarında işləkdir. Tunellərdə şəbəkə işləməyə bilər.

Operatorun təqdim etdiyi LTE şəbəkəsinin sürəti saniyədə 225 meqabit təşkil edir. Bu, abunəçilərə faylların sürətli ötürülməsi və qəbulunu həyata keçirməyə, onlayn musiqi dinləməyə və onlayn oyunlar oynamağa imkan verəcək.

Qeyd edək ki, şəbəkə 21 metro stansiyasını əhatə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti