Tarixçi: Ermənilər heç vaxt onlara məxsus olmayan bölgədə məskunlaşdırılıb

Tarixçi: Ermənilər heç vaxt onlara məxsus olmayan bölgədə məskunlaşdırılıb

Bakı. İlhamə İsabalayeva – Trend:

1827-ci ildə İrəvan və Naxçıvan xanlıqları rus işğalına məruz qalmış və 1828-ci ildə çar hökuməti tərəfindən “erməni vilayəti"nə çevrilmişdi.

Bunu Trend-ə Bakı Dövlət Universitetinin (BDU) Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının müdiri, dosent Mehman Abdullayev ermənilərin maliyyələşdirdiyi bəzi rus KİV-lərində İrəvanın guya tarixi Ermənistan torpağı olduğu ilə bağlı iddialara münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu ərazilərdəki 359 (310-u İrəvan əyalətində) Azərbaycan kəndinin əhalisi işğal zamanı ruslar tərəfindən kütləvi qırğınlara məruz qalaraq öz doğma ocaqlarından qovulub çıxardılıb.

Ermənilərin “erməni vilayəti" adlandırılan əraziyə sonradan köçürüldüyünü deyən M.Abdullayev qeyd edib ki, tarixi faktlar da bunu təsdiq edir.

Tarixçi alim bildirib ki, Qacar dövlətindən və Osmanlı imperiyasından kütləvi şəkildə köçürülüb gətirilən 130 minə yaxın erməninin böyük hissəsinin məhz bu bölgədə yerləşdirilməsi demoqrafik vəziyyətdə ciddi dəyişikliklərə gətirib çıxarıb. Daha çox dəyişikliklər İrəvan və Naxçıvanın kənd əhalisinin tərkibində baş verib:

“Bölgəni hərtərəfli şəkildə təhlil etmiş tarixçi İ.İ.Şopen ermənilərin bu bölgənin yerli, köklü əhalisi olmadıqlarını dəqiq bildiyi üçün onlar haqqında danışarkən düzgün olaraq "əvvəldən yaşayanlar" (yəni Türkmənçay müqaviləsindən əvvəl) ifadəsini işlətdiyi halda, tərtib etdiyi bəzi cədvəllərdə nədənsə fikrini dəyişərək erməniləri bölgənin "yerli" əhalisi kimi təqdim etməyə çalışıb. 1832-ci il kameral siyahıyaalmada "yerli", yəni "əvvəldən yaşayan" erməni ailələrin sayı 4.428-ə (13.058 nəfər kişi, 12.093 qadın, cəmi 25.151 nəfərə) çatırdı”.

Alim deyib ki, kütləvi köçürmələrdən qabaq İrəvan, Naxçıvan və Ordubad bölgələrində əhalinin böyük əksəriyyətini - 78,4%-ni Azərbaycan türkləri təşkil edirdi. Lakin dörd il ərzində Rusiyanın həyata keçirdiyi köçürmə siyasəti bölgənin demoqrafik mənzərəsini kəskin şəkildə dəyişdirib: “Çox qısa müddət keçəndən sonra - 1832-ci ildə "erməni vilayəti" adlandırılan bölgədə yaşayan ailələrin sayı 31.201-ə və yaxud 164.450 nəfərə (86.786 kişi, 77.664 qadın) çatıb və bölgədə, bir növ, "demoqrafik partlayış" baş verib. Nəticədə əhalinin tərkibində Azərbaycan türklərinin say nisbəti kəskin şəkildə azalaraq 51,53%-ə düşüb, erməni əhalisinin say nisbəti isə 21,6%-dən 48,47%-ə çataraq 2,2 dəfədən çox artıb.

M.Abdullayev bildirib ki, 1828-1832-ci illər arasında keçmiş İrəvan və Naxçıvan xanlıqlarının ərazisinə tarixi ədəbiyyatda "İran" adlandırılan Qacar dövlətindən 6.949 erməni ailə, yaxud 35.560 nəfər erməni (18.837 kişi, 16.723 qadın), Osmanlı imperiyasından isə 3.682 erməni ailə və ya 21.666 nəfər erməni (11.417 kişi, 10.249 qadın) köçürülərək məskunlaşdırılıb.

Alim əlavə edib ki, ermənilər heç vaxt onlara məxsus olmayan bölgədə məskunlaşdırılıb: “Açıq-aydın görünür ki, İrəvan bölgəsində 1832-ci ildə qeydə alınan 65.280 nəfər erməninin 45.207 nəfəri və yaxud 70%-ni Qacar və Osmanlı dövlətlərindən köçürülüb gətirilən köçkün ermənilər təşkil edirdi. İrəvan bölgəsinə kütləvi erməni köçürmələrinin xalqımız üçün demoqrafik nəticəsi çox ağır oldu. 1832-ci il statistikasına görə, İrəvan bölgəsində yaşayan erməni ailələrin sayı 12.694-dən kəskin şəkildə artaraq 20.927-yə çatmışdı. Artıq həmin ildə qeydə alınan 115.115 nəfər əhalinin cəmi 49.875 nəfərini və yaxud 43,3%-ni Azərbaycan türkləri təşkil edirdi. Beləliklə, bölgənin köklü əhalisi olan Azərbaycan türkləri qısa müddətdə öz doğma torpağında üstün etnos mövqeyini itirərək çoxluqdan etnik azlığa çevrildi”.

Dosent bildirib ki, hətta kütləvi erməni köçürmələrinə baxmayaraq, 1832-ci ildə İrəvan bölgələrində olduqca az sayda - erməni ali zümrəsini təşkil edən cəmi 22 məlik və ağa ailəsi yaşayırdı.

Onun sözlərinə görə, böyük hissəsi gəlmə olan erməni əhalisinin say tərkibində də erməni ali zümrəsinin xüsusi çəkisi o qədər də çox deyildi: “İ.Şopenin statistik göstəricilər üzrə apardığı müqayisəli təhlilin nəticəsi açıq şəkildə göstərir ki, kütləvi erməni köçürmələrinə baxmayaraq, 1832-ci ildə müsəlman ali zümrəsinin xüsusi çəkisi erməni zadəganlarını 6 dəfədən də çox üstələyirdi. Bu isə İrəvan, Naxçıvan və Ordubad bölgələrində Azərbaycan türklərinin və onun ali zümrəsinin köklü olduğunu bir daha sübuta yetirir”.

Türkiyədən Azərbaycana hazır geyim ixracı artıb
Türkiyədən Azərbaycana hazır geyim ixracı artıb
Azərbaycanda bal istehsalı artıb
Azərbaycanda bal istehsalı artıb
MEDEF: Azərbaycan və Fransa şirkətlərinin 4 sektorda əməkdaşlıq üçün real imkanları var
MEDEF: Azərbaycan və Fransa şirkətlərinin 4 sektorda əməkdaşlıq üçün real imkanları var
Loading Bars
Xəbər lenti
Azərbaycanın dövlət sərhədinin bağlanması 15 iyun 2020-ci il tarixinədək uzadılır
Kim Çen In Prezident İlham Əliyevi təbrik edib
Vüqar Rəhimzadə: “Qobu Park-3” qaçqın və məcburi köçkünlərə yüksək dövlət qayğısının daha bir real nümunəsidir
Bakıda "Jeep" piyadanı vurub öldürdü
Könüllülərdən daha bir maraqlı maarifləndirici aksiya (FOTO)
“Yüksəliş” in Azərbaycan Xalq Cümhuriyyətinin 102 illiyinə həsr olunan vebinarı təşkil edilib
Mənzillə və fərdi evlə təmin edilən şəhid ailələri və müharibə əlillərinin sayı 7700-ə çatdı (FOTO)
İt döyüşlərini əks etdirən videogörüntülər araşdırılıb, həbs edilənlər var - RƏSMİ
Buraxılış imtahanları fənləri üzrə balların hesablanması qaydası AÇIQLANDI
Qədim Romanın “Mercati di Traiano” abidə kompleksi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb (FOTO)
BMM "Qədim milli alətlərimiz" rubrikasından Qolça qopuz aləti haqqında mühazirəni təqdim edib (VİDEO)
Sevil Mikayılova: Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlarda mərhələli həll planı hazırda alternativsiz variantdır
Azərbaycanın Belarusdakı səfiri 28 May - Respublika Günü ilə bağlı bir sıra KİV-lərə müsahibə verib
İranda daha 50 nәfәr koronavirusdan ölüb
Bakıda kişi gözəllik salonunda həyat yoldaşını qətlə yetirib
TBMM-in Sədri Milli Məclisin Sədri Sahibə Qafarovaya telefonla zəng edib
QMİ sədri BMT-nin beynəlxalq video-konfransında iştirak edib (FOTO)
İstanbulda fabrikdə partlayış olub: Ölən var
İyunun 1-dən iş yerini dəyişmək istəyən müəllimlər üçün sənəd qəbuluna başlanılır
Sahil Kərimli: Prezident İlham Əliyev Azərbaycanı yeni hədəflərə doğru aparır
Sabah duman olacaq, yağış yağacaq
Ceyhun Məmmədov: Bu gün Ermənistan Dağlıq Qarabağ münaqişəsi ətrafında aparılan danışıqları pozmaq üçün bütün addımları atır
Beyləqanda iki minik avtomobili toqquşdu - Ölən var
“Şərqin ilk Demokratik Respublikası: Azərbaycan Xalq Cümhuriyyəti” mövzusunda onlayn tədbir keçirilib
Füzulidə avtomobil aşıb, ölən və yaralanan var
Ötən gün yol qəzalarında 6 nəfər dünyasını dəyişib
Ali məktəblərə daha çox BU QRUPLAR üzrə sənəd verilib
MİDA gələn aydan güzəştli mənzillərin satışına başlayacaq
"Azərbaycan dili" fənni üzrə imtahanda iştirak üçün qeydiyyatdan keçən abituriyentlərin sayı açıqlanıb
Sakinlərin nəzərinə! Bu tarixdə küçəyə çıxmamaq tövsiyə olunur (FOTO)
ADU-nun Əlavə təhsil və təcrübə fakültəsi tələbə qəbulu elan edib
İcma sədri: Biz dağıdılmış qəbristanlıqlarımızı, tarixi, mədəni və dini abidələrimizi bərpa edəcəyik
Azərbaycanda dərman vasitələri istehsalının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər həyata keçiriləcək
Afət Həsənova: Azərbaycanda məcburi köçkünlərə diqqət və qayğı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
Ermənistanda bir gündə 460 nəfər koronavirusa yoluxub
Qonşusunun evindən oğurluq edən şəxs saxlanıldı
Tahir Kərimli: Dövlətin məqsədi Dağlıq Qarabağı işğaldan azad edərək orada gözəl binalar inşa etmək, tarixi abidələri yenidən bərpa etməkdir
Respublika Günündə milli bayrağımız Vaşinqtonda ucaldıldı (FOTO)
Musa Qasımlı: Azərbaycanda məcburi köçkünlərin problemlərinin həllinə göstərilən diqqət nümunəvi xarakter daşıyır
Daha üç rayonda peşə tədrisi mərkəzi açılacaq
Meşədə narkotik becərən Oğuz sakinləri saxlanılıb (FOTO)
Türkiyədən Azərbaycana hazır geyim ixracı artıb
Cümhuriyyət varislərinin iştirakı ilə beynəlxalq videokonfrans təşkil olunub (FOTO)
Qubada ölümlə nəticələnən qəza baş verib
Azərbaycan Türkiyədən avtomobil idxalını artırıb
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub
ABŞ Helsinki Komissiyasının sədri Azərbaycanı Respublika Günü ilə bağlı təbrik edib
"Union" Polteri komandadan kənarlaşdırır
Gəncədə xidməti otaq yanıb
Azərbaycanda bal istehsalı artıb
"YouTube"da "We Are One" beynəlxalq film festivalına start verilir
Qlazqoda keçiriləcək Beynəlxalq İqlim Konfransı 2021-ci ilin noyabrına qədər təxirə salındı
Braziliyada sutka ərzində 1 156 nəfər koronavirusun qurbanı olub
Avstriyada otellər və turizm obyektləri fəaliyyətlərini bərpa edir
Xorvatiya 10 ölkənin vətəndaşlarının ölkəyə girişinə icazə verir
ABŞ-ın Minnesota ştatında iğtişaşlara qarşı milli qvardiya cəlb olunub
Boston marafonu 124 illik tarixində ilk dəfə keçirilməyəcək
Əlcəzair özünü təcridetmə rejimini iyunun 13-ə qədər uzatdı
Moskvada son sutka koronavirusdan 76 nəfər dünyasını dəyişib
ÜST: Son sutkada dünyada 104 mindən çox koronavirusa yoluxma halı qeydə alınıb
Azərbaycanın Britaniyadakı səfiri Avropa İnsan Hüquqları Məhkəməsinə Ramil Səfərovla bağlı cavab verib
Qazaxda 76 mm-lik top mərmisi aşkar olunub (FOTO)
Prezident İlham Əliyevə Respublika Günü münasibətilə təbriklər gəlməkdədir
Dünyanın ən hündür “Bürc-Xəlifə” qülləsində Azərbaycan bayrağı əks olunub
Şirvanda köməkçi tikili yanıb
28 may Respublika günü münasibətilə Azercell-dən şəhid və əlil ailələrinə sovqat (FOTO)
Türkiyədə son sutkada koronavirusdan 1 576 nəfər sağalıb
Futbol üzrə İtaliya çempionatı 20 iyunda bərpa olunacaq
Prezident İlham Əliyev: Hər bir Azərbaycan vətəndaşı haqlı olaraq fəxr edir ki, müsəlman aləmində ilk respublika məhz Azərbaycanda yarandı
Prezident İlham Əliyev: Azərbaycan Xalq Cəbhəsinin əsas məqsədi hakimiyyətə gəlmək və olan-qalan sərvətləri talamaq idi
Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı
Prezident İlham Əliyev: Mən tam əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, bunu deməyə əsas verən bir çox amillər var - bizim hərbi gücümüz və biz bunu göstərmişik
Milli dövlətçilik tariximizin qürur mənbəyi: Azərbaycan Xalq Cümhuriyyəti
Prezident İlham Əliyev: Dağlıq Qarabağ probleminin həlli tarixi məsələdir və biz bu məsələni birdəfəlik və tam həll etməliyik
Azərbaycan Prezidenti: Məcburi köçkünlərin problemləri ardıcıl şəkildə öz həllini tapır
Prezident İlham Əliyev: Məcburi köçkünlərin problemlərinin həlli Prezident kimi mənim ən başlıca vəzifələrimdən biridir
TASS Rusiya ilə Azərbaycan arasında əlaqələrin inkişaf perspektivlərinə dair mətbuat konfransı keçirib (VİDEO)
MEDEF: Azərbaycan və Fransa şirkətlərinin 4 sektorda əməkdaşlıq üçün real imkanları var
FHN tikintidə köməksiz vəziyyətdə qalan fəhlələri xilas etdi
Brüsseldə AXC-nin yaradılmasının 102-ci ildönümü münasibətilə tədbir keçirilib (FOTO/VİDEO)
Azərbaycanda daha 191 nəfər koronavirusa yoluxdu, 125 nəfər sağaldı, 2 nəfər vəfat etdi
Salome Zurabişvili Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
Avropa Gimnastikası Respublika Günü ilə bağlı paylaşım edib (VİDEO)
Aydın Hüseynov: “Qobu Park-3” yaşayış kompleksinin istifadəyə verilməsi məcburi köçkünlərə qayğının ən yüksək nümunəsidir
İstixanada narkotik yetişdirən Maştağa sakini saxlanılıb
Türkiyə Prezidenti Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik etdi
ASRP Azərbaycan xalqını 28 May Respublika günü münasibəti ilə təbrik edib
İtaliyada mafiyaya qarşı genişmiqyaslı əməliyyat keçirilib
“Muğam Televiziya Müsabiqəsi” laureatlarının konserti olub
Müdafiə Nazirliyi “Zəfər marşı” adlı yeni videoçarx hazırlayıb
İran XİN Azərbaycan xalqını təbrik edib
Hindistanda 80 il heç nə yeməyən yoq ölüb
Bakı Slavyan Universitetində “Son iclas” filmi onlayn formada nümayiş etdirilib (FOTO)
Peşə dərslərinin mayın 29-na olan cədvəli açıqlanıb
"Dərs vaxtı" verilişinin sabahkı cədvəli müəyyənləşdirilib
Özünü XDMX-nin əməkdaşı kimi təqdim edən şəxs saxlanılıb
Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzil verilib (FOTO)
Ötən gün 30 cinayətin üstü “isti izlər”lə açılıb
Pakistanın Baş Naziri Prezident İlham Əliyevə təşəkkür edib
Adil Əliyev: Şərqdə ilk Cümhuriyyətin Azərbaycanda qurulması təsadüfi hadisə deyildi
Bütün xəbərlər