...

Nazir: Azərbaycan özünü düyü ilə tam təmin edə bilər

Cəmiyyət Materials 17 Fevral 2018 14:17
2025-ci ilədək Azərbaycan özünü düyü ilə tam təmin edə bilər.
Nazir: Azərbaycan özünü düyü ilə tam təmin edə bilər

Trend-i buradan izləyin

Bakı. Ənvər Məmmədov - Trend:

2025-ci ilədək Azərbaycan özünü düyü ilə tam təmin edə bilər.

Trend-in məlumatına görə, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov nazirliyin kollegiyasının geniş iclasında çıxışı zamanı deyib.

Nazir bildirib ki, hazırda Azərbaycanın düyüyə illik tələbatı 40 min ton təşkil edir:

“Ötən il biz düyü idxalı üçün 36 milyon dollar xərcləmişik”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təsdiq olunmuş “Çəltikçiliyin inkişafına dair 2018-2025-illər üçün Dövlət proqramı”na əsasən ölkədə düyü yığımını ildə 40 min tona çatdırmaq planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti