...

Braziliyada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd edilib (FOTO)

Cəmiyyət Materials 24 May 2018 19:06 (UTC +04:00)
Brazilia şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və 28 May - Respublika Gününə həsr edilmiş tədbir keçirilib.
Braziliyada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd edilib (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Braziliyanın paytaxtı Brazilia şəhərində, Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən, Azərbaycanla Braziliya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və 28 May - Respublika Gününə həsr edilmiş tədbir keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirə, Braziliya Milli Konqresinin Senat və Deputatlar Palatasından olan üzvləri, ölkədə fəaliyyət göstərən diplomatik korpusun, dövlət və rəsmi qurumların, təhsil və elm dairələrinin, yerli KİV-in nümayəndələri və iş adamları qatılıblar.

Tədbirdə hər iki dövlətin himninin səsləndirilməsindən sonra, səfir Elxan Poluxov açılış nitqi ilə çıxış edərək qonaqlara Azərbaycan və 28 May - Respublika Günü, yüz il öncə, Azərbaycanın müstəqilliyinin əldə edilməsi barədə ətraflı məlumat verib və qeyd edib ki, 1991-ci ildə müstəqiliyi əldə etdikdən sonra Azərbaycan bir çox daxili və xarici çətinliklərlə üzləşməsinə baxmayaraq ümummilli lider Heydər Əliyevin müdrik siyasəti nəticəsində bu çətinliklərin öhdəsindən gəlib və Prezident İlham Əliyevin ardıcıl və uzaq görən siyasəti nəticəsində transregional enerji, nəqliyyat, infrastruktur layihələri həyata keçirərək Azərbaycan regionun lider ölkəsinə çevrilib.

İkitərəfli müstəvidə də əlaqələrin sürətlə inkişaf etməsindən danışan səfir, Braziliya Xarici əlaqələr naziri A.Nunesin keçən il Azərbaycana rəsmi səfərini xüsusi qeyd edib.

Həmçinin, səfir öz çıxışında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barəsində danışaraq Azərbaycanın haqlı mövqeyini qonaqların nəzərinə çatdırıb.

Yekunda, səfir Azərbaycan-Braziliya dövlətlərarası əlaqələrinin dinamikası və inkişafı barədə danışıb.

Sonra, Braziliya Xarici əlaqələr nazirinin müavini Simas Maqalyayeş çıxış edib. Çıxışı zamanı qonaq bildirib ki, iki ölkə arasında əlaqələr sürətlə inkişaf etməkdədir və intensiv qarşılıqlı səfərlər və yüksək ticarət əlaqələri bunun bariz nümunəsidir. 2016-cı ildə Xarici işlər nazirinin müavini Araz Əzimovun Braziliyaya səfərini, 2017-ci ildə isə Braziliya Xarici əlaqələr naziri Aloysio Nunesin Azərbaycana rəsmi səfərini və səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə, Xarici işlər naziri Elmar Məmmədyarovla və İqtisadiyyat naziri Şahin Mustafayevlə görüşlərini xatırladıb. Eləcədə, səfər zamanı Braziliya Xarici əlaqələr naziriliyi nəzdində Rio Branko İnstitutu ilə ADA Universiteti arasında Anlaşma Memorandumunun imzalandığını, Simas Maqalyayaeş öz çıxışında vurğulayıb.

Çıxışlardan sonra, braziliyalı musiqiçilərin tar və ud ifasında Azərbaycan milli musiqiləri qonaqlara təqdim edilib.

Daha sonra, Azərbaycanın müstəqilliyinin yüz illiyinə həsr edilmiş yüz ədəd Dövlət Bayrağı rənglərində rənglənmiş şarlar havaya buraxılıb.

Tədbirin davamı olaraq, qonaqlar milli və xarici təamlardan ibarət ziyafət masasına dəvət olunublar və onlara müxtəlif hədiyyələr və Azərbaycan haqqında məlumat ehtiva edən materiallar təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti