Bakı. Samir Əli -Trend:
"Elektron Məhkəmə" İnformasiya Sistemində vəkillər şəxsi kabinetinə mobil telefonlarla da daxil ola biləcək.
Trend-in məlumatına görə, bu barədə Ədliyyə Nazirliyinin Elektron Məhkəmə İnformasiya Sistemi İşçi Qrupunun rəhbəri Ramin Qurbanov “Vəkilliyin elektron məhkəmə informasiya sisteminə inteqrasiyası” mövzusunda keçirilən tədbirdə deyib.
O bildirib ki, bununla bağlı işlər davam etdirilir.
R.Qurbanovun sözlərinə görə, "Elektron Məhkəmə" İnformasiya Sistemində vəkillər yalnız özlərinin iştirak etdikləri qapalı məhkəmə proseslərini görə bilər.