...

Azərbaycan qəzeti ABŞ-da nəşr olunacaq (FOTO)

Cəmiyyət Materials 25 İyun 2018 08:05 (UTC +04:00)
İngilisdilli “Azernews” qəzeti ABŞ-da nəşr olunacaq.
Azərbaycan qəzeti ABŞ-da nəşr olunacaq (FOTO)

Bakı. Trend:

Azərbaycan çap sənayesinin böyük uğuru. İngilisdilli “Azernews” qəzeti ABŞ-da nəşr olunacaq.

Müstəqilliyin qısa dövrü ərzində Azərbaycan mətbuatı böyük irəliləyişə nail olub. Ölkədə jurnalistika üçün yaradılmış şərait öz səmərəsini verir. Belə ki, “Azernews” qəzeti və nüfuzlu Amerika yayımçısı qəzetin çap versiyasının ABŞ-da nəşri üçün müqavilə imzalayıb.

Amerikalı yayımçı qeyd edib ki, alınan çoxsaylı müraciətlərin dinamikası “Azernews” qəzetinin tezlikə ABŞ media sənayesində layiqli yer tutacağını deməyə əsas verir.

“Azernews” qəzetinin baş redaktoru Sevil Mikayılova deyib: “Biz əminik ki, tezliklə "Azernews" qəzeti yayım coğrafiyasını genişləndirməklə beynəlxalq səviyyədə daha geniş oxucu auditoriyası qazanacaq. Azərbaycan qəzetinin bu uğuru bütün respublikada baş verən inkişaf və müasirləşmənin bariz nümunəsidir. Ölkə rəhbərliyi tərəfindən media sahəsinə göstərilən diqqət və dəstək sayəsində bu gün Azərbaycan mətbuatı güclüdür və beynəlxalq səviyyədə maraq doğurur”.

TREND öz həmkarlarını ürəkdən təbrik edir və onlara yeni uğurlar və nailiyyətlər arzulayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti