...

Qazaxıstanlı tamaşaçı: Aerobika Gimnastikası üzrə Azərbaycan Çempionatı və Bakı Birinciliyində idmançılar üçün hər cür şərait yaradılıb

Cəmiyyət Materials 7 Oktyabr 2018 22:16 (UTC +04:00)
Aerobika Gimnastikası üzrə Azərbaycan Çempionatı və Bakı Birinciliyinin təşkili çox yaxşıdır.
Qazaxıstanlı tamaşaçı: Aerobika Gimnastikası üzrə Azərbaycan Çempionatı və Bakı Birinciliyində idmançılar üçün hər cür şərait yaradılıb

Bakı. Cani Babayeva - Trend:

Aerobika Gimnastikası üzrə Azərbaycan Çempionatı və Bakı Birinciliyinin təşkili çox yaxşıdır.

Bu barədə Trend-ə yarışların qazaxıstanlı tamaşaçısı Maral Timirbulatova deyib.

M.Timirbulatova qeyd edib ki, yarışlarda onun qızı iştirak edib və o, Bakıda idmançılar üçün yaradılan şəraitdən razıdır: "Bakıya qızıma görə gəlmişəm ki, belə böyük yarışları görsün və gələcəkdə çempion olsun. Qızımın yarışlardan çox gözəl təəssüratları var, Bakıda gimnastika arenasında çıxış etmək onun xoşuna gəlib".

Qazaxıstanlı qonağın sözlərinə görə, yarışlar yüksək səviyyədə təşkil olunub: "Hər şey xoşumuza gəlir, uşaqlar üçün bütün imkanlar yaradılıb. Həmçinin, yarışlar zamanı fleşmobların təşkil olunması da gözəldir".

Qeyd edək ki, bu gün Milli Gimnastika Arenasında Aerobika Gimnastikası üzrə 4-cü Açıq Azərbaycan Çempionatı və Bakı Birinciliyinin yekun günü baş tutub.

Yarışın sonuncu günü kişilər və qadınlar arasında fərdi proqramda 7-8, 9-11, 12-14, 15-17, 18 və yuxarı yaş kateqoriyaları, üçlük tərkibində 7-8, 9-11, 12-14, 15-17, 18 və yuxarı yaş kateqoriyaları, qrup tərkibində 7-8, 9-11, 12-14, 18 və yuxarı yaş kateqoriyaları, qarışıq cütlük tərkibində 7-8, 9-11, 12-14, 15-17, 18 və yuxarı yaş kateqoriyaları arasında yarışlar keçirilib.

Yarışlarda Azərbaycan ("Ocaq Sport" və "AyUlduz"), Rusiya və Bolqarıstan gimnastları iştirak ediblər. İlk dəfə bu çempionatda Qazaxıstan və Ukrayna gimnastları çıxış edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti