...

Yağış Badamdar sürüşmə zonasında torpaq qatının ağırlaşmasına səbəb olub

Cəmiyyət Materials 17 Oktyabr 2018 09:09 (UTC +04:00)
Badamdarda sürüşmə sahəsində monitorinqlər davam etdirilir.
Yağış Badamdar sürüşmə zonasında torpaq qatının ağırlaşmasına səbəb olub

Bakı. İlhamə İsabalayeva - Trend:

Badamdarda sürüşmə sahəsində monitorinqlər davam etdirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan Trend-ə verilən məlumata görə, sürüşmə zonasında saat 09-00-a olan monitorinqlərin nəticəsinə əsasən yol istiqamətinə tökülmüş torpaq qatında artım müşahidə edilib.

Yağan yağış asılı qalmış torpaq qatında kütlənin ağırlaşmasına səbəb olub. Ara-sıra uçqunlar baş verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti