...

Badamdar sürüşmə zonasındakı çatlar genişlənib

Cəmiyyət Materials 25 Oktyabr 2018 10:05 (UTC +04:00)
Bakının Səbail rayonunun Badamdar sürüşmə zonasındakı çatlarda nisbi genişlənmə olub.
Badamdar sürüşmə zonasındakı çatlar genişlənib

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakının Səbail rayonunun Badamdar sürüşmə zonasındakı çatlarda nisbi genişlənmə olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sürüşmə zonasında saat 10:00-a olan monitorinqlərin nəticəsinə əsasən, ərazidə gərginlik qalmaqdadır.

Sürüşmənin yuxarı hissəsində uçqun, töküntü prosesləri davam edir. Sağ və sol hissədə olan çatlarda nisbi genişlənmə qeydə alınıb. Həmçinin yuxarı hissədə yerləşən yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik müşahidə olunmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti