...

AMEA-nın akademik katibi: Azərbaycanda informasiya ombudsmanı yaradılmalıdır

Cəmiyyət Materials 18 Dekabr 2018 16:46 (UTC +04:00)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Azərbaycanda "Fərdi məlumatlar haqqında" qanun var, bununla belə, həmin sahədə işi gücləndirmək lazımdır.

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik katibi, qurumun İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev deyib.

Onun sözlərinə görə, bu sahədə dünya təcrübəsinə əsaslanaraq addım atmaq lazımdır:

“Bu gün hər yerdə kamera, fotoaparat və insanları izləyə biləcək digər cihazlar var. Şantaj elementləri, müəyyən hüquqazidd əməllər var ki, onlara qarşı ciddi tədbirlər görülməlidir".

R.Əliquliyev bildirib ki, Azərbaycanda insan hüquqları haqqında bəyannamələrin müddəaları da artıq informasiyalaşdırılıb:

"Ölkəmizdə informasiya ombudsmanı və ya informasiya ombudsmanı institutu yaradılmalıdır. İnformasiya ombudsmanı dövlət qurumları ilə yanaşı, informasiya sahəsinə öz töhfəsini verməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti