...

"Şəffaf uçotun biznesin maliyyələşdirilməsində rolu" mövzusunda konfrans keçirilib (FOTO)

Cəmiyyət Materials 19 Dekabr 2018 19:07 (UTC +04:00)
Bu gün PAŞA Bank və Deloitte Azərbaycanın “Şəffaf uçotun biznesin maliyyələşdirilməsində rolu” mövzusunda birgə təşkil etdiyi konfrans keçirilib.
"Şəffaf uçotun biznesin maliyyələşdirilməsində rolu" mövzusunda konfrans keçirilib (FOTO)

Bakı. Trend:

Bu gün PAŞA Bank və Deloitte Azərbaycanın “Şəffaf uçotun biznesin maliyyələşdirilməsində rolu” mövzusunda birgə təşkil etdiyi konfrans keçirilib.

"Deloitte"dən Trend-ə verilən məlumata görə, tədbir zamanı şirkətin vergi və hüquq xidmətləri üzrə direktoru Emil Qarayev “Vergi uçotu üzrə mövcud tələblər və 2019-cu ildə vergi qanunvericiliyində gözlənilən əsas dəyişikliklər” haqqında ətraflı məlumat vermiş, vergiqoyma sahəsində gözlənilən stimullaşdırıcı tədbirlərlə yanaşı vergi inzibatçılığının gücləndirilməsi ilə bağlı olan yeni tələbləri iştirakçıların diqqətinə çatdırmışdır. Çıxış zamanı həmçinin kölgə iqtisadiyyatının ümumi rifahın yüksəldilməsi, ictimai funksiyaların yerinə yetirilməsində yaratdığı arzu olunmaz hallar qeyd edilmiş, bütün sahibkarlıq subyektlərinin kölgə iqtisadiyyatının aradan qaldırılmasında yerinə yetirməli olduğu vəzifələr vurğulanmışdır.

Tədbirdə həmçinin PAŞA Bank kiçik və orta sahibkarlıq bankçılığı departamentinin satış şöbəsinin müdiri Elçin Mustafayev “Yeni bank məhsullarının sahibkarların şəffaf fəaliyyətində rolu” və Deloitte şirkətinin audit direktoru Camal Həsənov “Maliyyə hesabatlığının beynəlxalq standartlarının tətbiqi üzrə gözlənilən yeniliklər” barədə çıxışlar etdilər. Konfransa gələn qonaqları maraqlandıran məsələlər ətrafında müzakirlər edildi və mövzu ilə bağlı yaranan suallar cavablandırıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti