...

Təbii fəlakətlərə dair yeni monoqrafiya nəşr edilib

Cəmiyyət Materials 7 Yanvar 2019 18:10 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin müdiri, coğrafiya üzrə elmlər doktoru, professor Nəriman Paşayevin “”Azərbaycan Respublikasında təbii fəlakətlərin təsərrüfata təsirinin iqtisadi-coğrafi qiymətləndirilməsi” adlı monoqrafiyası nəşr edilib.
Təbii fəlakətlərə dair yeni monoqrafiya nəşr edilib

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin müdiri, coğrafiya üzrə elmlər doktoru, professor Nəriman Paşayevin ”Azərbaycan Respublikasında təbii fəlakətlərin təsərrüfata təsirinin iqtisadi-coğrafi qiymətləndirilməsi” adlı monoqrafiyası nəşr edilib.

Trend-in məlumatına görə, monoqrafiyada təbii fəlakətlərin iqtisadi-coğrafi baxımdan öyrənilməsinin nəzəri və metodoloji əsasları, Azərbaycanda təbii fəlakətlərin təsərrüfatların ərazi təşkilinə təsirinin funksional-coğrafi parametrlərinin tədqiqi öz əksini tapıb.

Monoqrafiyada həmçinin təbii fəlakətlərin təsərrüfat kompleksinə ( sənaye, kənd təsərrüfatı, turizm və nəqliyyat-kommunikasiya sisteminə) təsiri tədqiq olunub, onların təsərrüfata vurdğu ziyanlardan asılı olaraq, rayonlaşdırılması modeli və iri miqyaslı xəritələr hazırlanıb.

Monoqrafiyada ilk dəfə olaraq, Azərbaycanın təbii ehtiyatlarından qeyri-səmərəli istifadə olunmasının təbii fəlakətlərin aktivləşməsindəki rolu və onların idarə olunması yolları və s. öyrənilib, bu hadisələrin Azərbaycanın sənaye kompleksinə təsiri ətraflı təhlil edilib.

Monoqrafiyanın materialları və əldə edilmiş nəticələr, təkliflər coğrafiyaçılar, iqtisadçılar, ekoloqlar, eyni zamanda müvafiq dövlət qurumlarının struktur bölmələri tərəfindən respublika əhalisinin və təsərrüfat sahələrinin təbii fəlakətlərin təsirindən müdafiəsinə və düzgün idarəolunması üçün istfadə oluna bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti