...

Gündüz saatlarından etibarən hava şəraiti sabitləşəcək

Cəmiyyət Materials 18 Yanvar 2019 12:43 (UTC +04:00)
Ölkə ərazisində yağıntının gündüz saatlarından tədricən kəsiləcəyi, şimal-qərb küləyinin mülayimləşəcəyi gözlənilir.
Gündüz saatlarından etibarən hava şəraiti sabitləşəcək

Bakı. İlhamə İsabalayeva - Trend:

Ölkə ərazisində yağıntının gündüz saatlarından tədricən kəsiləcəyi, şimal-qərb küləyinin mülayimləşəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, hazırda respublikanın bəzi yerlərində yağıntılı hava müşahidə olunur, dağlıq rayonlarda qar yağır.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 2-4, bölgələrdə 4-7 dərəcə isti, dağlıq ərazilərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti