...

BDU-da 20 Yanvar faciəsinin növbəti ildönümü qeyd edilib (FOTO)

Cəmiyyət Materials 19 Yanvar 2019 19:09 (UTC +04:00)
Bakı Dövlət Universitetində (BDU) 20 Yanvar faciəsinin növbəti ildönümünə hərs olunmuş tədbir keçirilib.
BDU-da 20 Yanvar faciəsinin növbəti ildönümü qeyd edilib (FOTO)

Bakı. Trend:

Bakı Dövlət Universitetində (BDU) 20 Yanvar faciəsinin növbəti ildönümünə hərs olunmuş tədbir keçirilib.

BDU-dan Trend-ə verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə universitetin həyətində 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzüb, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.

BDU-nun rektoru vəzifəsini icra edən, təhsil nazirinin müavini Firudin Qurbanov 29 il bundan öncə ölkəmizin azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş qanlı yanvar hadisəsinin xalqımızın yaddaşında silinməz izlər buraxdığını vurğulayıb.

Bildirib ki, xalqımızın iradəsini, mübarizə əzmini qıra bilməyən 20 Yanvar hadisələrində milli qüruru, şərəf və ləyaqəti hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. Ümummilli lider Heydər Əliyevin 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək ittifaq rəhbərliyinə qarşı açıq etiraz etdiyini, günahkarların cinayət məsuliyyətinə cəlb olunması, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, faciəyə hüquqi-siyasi qiymət verilməsindəki xidmətlərindən danışan F.Qurbanov Prezident İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi ardıcıl tədbirlərdən, şəhid ailələrinə göstərilən dövlət qayğısından bəhs edib.

Daha sonra çıxış edən universitetin kafedra müdiri Vasim Məmmədəliyev, şəhid, Milli Qəhrəman Məzahir Rüstəmovun atası, BDU-nun kafedra müdiri İzzət Rüstəmov və Biologiya fakültəsinin tələbəsi Vəfa Mürsəlzadə şəhidlərimizin müasir tariximizin qəhrəmanlarına çevrilməsindən danışıb, şəhid ailələrinə, əlillərə dövlətin diqqət və qayğısından bəhs ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti