...

“Azərmarka” MMC Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş müsabiqə elan edir

Cəmiyyət Materials 20 Fevral 2019 17:38 (UTC +04:00)
Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Gələcək” mövzusunda rəsm müsabiqəsi elan edilir.
“Azərmarka” MMC Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş müsabiqə elan edir

Trend-i buradan izləyin

Bakı. Trend:

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Gələcək” mövzusunda rəsm müsabiqəsi elan edir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, müsabiqədə iştirak üçün çəkilmiş rəsmi poçt ünvanı, iştirakçının soyadı, adı, yaşı, “Gələcək” rəsm müsabiqəsi” qeyd edilməklə poçt vasitəsi ilə müsabiqənin Təşkilat komitəsinə (Ünvan: Bakı şəhəri, Droqal döngəsi, 702. “Azərmarka” MMC) göndərmək lazımdır. Bundan başqa, iştirakçının şəxsi məlumatları və valideynin mobil telefon nömrəsi rəsmin yalnız arxasında qeyd olunmaldır. Əks halda, həmin işlər müsabiqəyə buraxılmayacaq.

Rəsmlər 1 mart – 10 aprel 2019-cu il tarixlərində qəbul ediləcək. Müsabiqədə 13 yaşına qədər uşaqlar iştirak edə bilər.

Birinci yerin sahibi 300, ikinci yerin sahibi 200, üçüncü yerin sahibi 100 AZN məbləğində pul mükafatı ilə mükafatlandırılacaq. Qaliblərin rəsmlərindən poçt markaları hazırlananaraq, dövriyyəyə buraxılacaq.

Müsabiqə barədə əlavə məlumat üçün (012) 598 49 01 saylı telefon nömrəsi və [email protected] elektron poçt ünvanı ilə əlaqə saxlamaq olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti