...

Ramazanın 17-ci gününün duası, imsak və iftar vaxtı

Cəmiyyət Materials 21 May 2019 21:25 (UTC +04:00)
Sabah Ramazan ayının 17-ci günüdür.
Ramazanın 17-ci gününün duası, imsak və iftar vaxtı

Bakı. Elçin Mehdiyev - Trend:

Sabah Ramazan ayının 17-ci günüdür.

Trend-in məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 22-də Bakıda imsak saat 03:34, iftar isə saat 20:12-dədir.

Ramazan ayının 17-ci gününün duası:

"Allahummə əhdini fihi lisalihil-ə-mal. Vəqzi li fihil-həvaicə vəl-amal. Ya mən la yəhtacu ilət-təfsiri vəs-sual. Ya alimən bima fi suduril-aləmin. Səlli əla Muhəmmədin və alihit-tahirin".

Tərcüməsi:

"İlahi, mənə bu ayda saleh əməllərə doğru yol göstər, ehtiyac və amallarımı yerinə yetir, ey etdikləri barədə izaha və suala ehtiyacı olmayan, ey aləmlərin batinində olanları bilən! Məhəmmədə (s) və onun pak ailəsinə salavat və rəhmət bəxş et!"

Allah orucunuzu qəbul etsin!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti