...

Taxta bazarındakı yanğında FHN-nin daha bir əməkdaşı xəsarət alıb (YENİLƏNİB)

Cəmiyyət Materials 22 Avqust 2019 17:04 (UTC +04:00)
Nərimanov rayonunda "taxta bazarı" kimi tanınan yerlə üzbəüz obyektdə baş verən yanğınla bağlı hadisə yerinə 10 Təcili Yardım briqadası göndərilib.
Taxta bazarındakı yanğında FHN-nin daha bir əməkdaşı xəsarət alıb (YENİLƏNİB)

Bakı. Samir Əli - Trend:

Nərimanov rayonunda "taxta bazarı" kimi tanınan yerlə üzbəüz obyektdə baş verən yanğında 2 FHN əməkdaşı xəsarət alıb.

Bu bərədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib.

XXX

16:35

Nərimanov rayonunda "taxta bazarı" kimi tanınan yerlə üzbəüz obyektdə baş verən yanğınla bağlı hadisə yerinə 10 Təcili Yardım briqadası göndərilib.

Bu bərədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, hələlik Təcili yardıma bir nəfər FHN-nin yanğınsöndürəni müraciət edib. Xəsarət alanlar barədə məlumat daxil olarsa, bu barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, Nərimanov rayonu, Ziya Bünyadov prospektindən üzü "Baksol" yolu istiqamətində taxta bazarında yanğın qeydə alınıb. Hazırda yanğın olan əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti