...

İmadəddin Nəsimi ilə bağlı beynəlxalq elmi konfrans keçiriləcək

Cəmiyyət Materials 12 Sentyabr 2019 19:02 (UTC +04:00)
“İmadəddin Nəsiminin dövrü: ictimai-siyasi həyat və mədəniyyət” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək
İmadəddin Nəsimi ilə bağlı beynəlxalq elmi konfrans keçiriləcək

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında ölkə Prezidenti İlham Əliyevin Sərəncamına uyğun olaraq, noyabrın 7-dən 10-dək “İmadəddin Nəsiminin dövrü: ictimai-siyasi həyat və mədəniyyət” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) trend-ə bildirilib ki, beynəlxalq konfransın təşkilatçıları AMEA-nın Tarix, Şərqşünaslıq və Elm Tarixi institutlarıdır.

Konfransda elmi məruzə ilə iştirak etmək istəyən tədqiqatçılar oktyabrın 30-dək məruzələrinin tam mətnlərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Tədbirə ölkə xaricindən qatılan mütəxəssislərin bütün xərcləri öz hesablarınadır.

Konfransdan sonra məruzələr toplusunun nəşri nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti