...

İncəsənət ustaları “Neft Daşları”nda konsert proqramı ilə çıxış ediblər(FOTO)

Cəmiyyət Materials 21 Sentyabr 2019 03:14 (UTC +04:00)
Sentyabrın 19-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin, Yeni Azərbaycan Partiyası Pirallahı və Binəqədi rayon təşkilatlarının birgə təşkilatçılığı ilə Neft Daşları qəsəbəsində "20 Sentyabr - Neftçilər Günü" və "Əsrin müqaviləsi"nin 25 illiyi ilə əlaqədar bayram tədbiri keçirilib
İncəsənət ustaları “Neft Daşları”nda konsert proqramı ilə çıxış ediblər(FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Sentyabrın 19-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin, Yeni Azərbaycan Partiyası Pirallahı və Binəqədi rayon təşkilatlarının birgə təşkilatçılığı ilə Neft Daşları qəsəbəsində "20 Sentyabr - Neftçilər Günü" və "Əsrin müqaviləsi"nin 25 illiyi ilə əlaqədar bayram tədbiri keçirilib.

Trend-in məlumatına görə, tədbir öncəsi qonaqlar ümummilli lider Heydər Əliyevin büstü və qəhrəmancasına həlak olmuş neftçilərin xatirə-kompleksi önünə gül dəstələri qoyublar.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra, tədbir iştirakçıları "Əsrin müqaviləsi"nə həsr olunmuş video-çarx izləyiblər.

Millət vəkili, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev, Millət vəkili, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Neft Daşları NQÇİ-nin rəisi, Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı sədrinin müavini Qoçalı Mahmudov, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, tədbirdə qonaq qismində iştirak ediblər.

Bayram tədbirinin rəsmi hissəsində Azərbaycanda neftçıxarmanın tarixində yeni mərhələ olan, 1994-cü ilin sentyabrın 20-də ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkədə siyasi-iqtisadi vəziyyətin yaxşılaşdırılmasını hədəfə alaraq dünyanın 8 ölkəsini təmsil edən 13 iri neft şirkəti ilə imzalanan “Əsrin müqaviləsi”nin ölkəmizin ictimai-siyasi həyatında rolundan danışılıb.

Neftçilər Günü və “Əsrin müqaviləsi”nin imzalanmasının 25 illiyinə həsr edilən tədbir bədii hissə ilə davam edib. Azərbaycanın tanınmış incəsənət ustaları Amil Həsənoğlu, Elnur Məmmədov, Aynur Dadaşova, Fatimə Fətəliyeva, Kəmalə Səfərəliyeva, Könül Məmmədli, Pərvin Fəttah gözəl ifaları və rəqsləri ilə neftçilərin peşə bayramını təbrik ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti