...

Qədim sənət növü - Xalçaçılıq (FOTO)

Cəmiyyət Materials 5 Noyabr 2019 22:00 (UTC +04:00)
Azərbaycan xalq-tətbiqi sənəti və onun bir qolu olan xalçaçılıq xalqın milli mədəniyyəti tarixində özünəməxsus yer tutur.
Qədim sənət növü - Xalçaçılıq (FOTO)

Bakı. Trend:

Azərbaycan xalq-tətbiqi sənəti və onun bir qolu olan xalçaçılıq xalqın milli mədəniyyəti tarixində özünəməxsus yer tutur. Arxeoloji materiallara və yazılı mənbələrə əsasən, Azərbaycanda xalçaçılığın tarixi çox qədimlərə gedir. Bu torpaqlarda insanlar hələ Tunc dövründən (e.ə. II minilliyin sonu - I minilliyin əvvəllərində) xalçaçılıqla məşğul olmuşlar.

Azərnbaycanın Xanlıqlar dövründə xalça istehsalı daha da genişlənib. Hazırda Azərbaycanda yeddi tanınmış xalça məktəbi formalaşıb. Bunlar Bakı, Quba, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbriz xalça məktəbləridir.

Azərbaycan xalçaları yalnız bölgələrə görə fərqlənmir. Hazırlanma üsullarına görə də seçilir. Daha ümumi şəkildə onları iki böyük qrupa ayırmaq olar: xovlu və xovsuz xalçalar. Xovsuz xalçaların onlarla növü var: palaz, kilim, cecim, sumax, şəddə, vərni… Xalçalardakı bu müxtəliflik insanların həyat tərzi ilə əhəmiyyətli dərəcədə bağlıdır.

Trend Azərbaycan xalçaçılığından nümunələri təqdim edir:

Foto: Zaur Mustafayev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti