...

Bibiheybət məscidindən şəhər istiqamətinə yolda hərəkət müvəqqəti məhdudlaşdırıb - Sürüşmə olub

Cəmiyyət Materials 24 Noyabr 2019 21:47 (UTC +04:00)
Bakıda yolda sürüşmə baş verib
Bibiheybət məscidindən şəhər istiqamətinə yolda hərəkət müvəqqəti məhdudlaşdırıb - Sürüşmə olub

Bakı. Samir Əli - Trend:

Bakıda yolda sürüşmə baş verib.

Trend-in Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən verdiyi məlumata görə, yolda baş vermiş sürüşmə ilə əlaqədar olaraq Bibiheybət məscidindən şəhər istiqamətinə yeni yol ilə hərəkət müvəqqəti məhdudlaşdırılır.

Bildirilir ki, avtonəqliyyat vasitələrinin hərəkəti köhnə yol ilə 20-ci sahə adlanan ərazidən keçməklə şəhər istiqamətinə doğru təmin olunur.

Məhdudlaşma ərazidə təmir-bərpa işləri aparılan müddətdə qüvvədə olacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir, sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını, təmir-bərpa işlərinin aparıldığı müddət ərzində sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmalarını, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələrini xahiş edir.

Xəbər lenti

Xəbər lenti