...

UNEC-in tələbələrinə Yeni il töhfəsi (FOTO)

Cəmiyyət Materials 29 Dekabr 2019 18:01 (UTC +04:00)
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Kitabxana-İnformasiya Mərkəzinin daha bir kitabxanası əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib.
UNEC-in tələbələrinə Yeni il töhfəsi (FOTO)

Bakı. Trend:

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Kitabxana-İnformasiya Mərkəzinin daha bir kitabxanası əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib.

UNEC-in 2 saylı tədris binasında istifadəyə verilən kitabxananın açılışında iştirak edən rektor professor Ədalət Muradov yeniliklərlə tanış olub. Rektor oxu zalında kompüterlərin sayının artırılacağını, yeni nəşrlərlə kitabxana fondunun daha da zənginləşdiriləcəyini bildirib. Rektora bildirilib ki, yeni istifadəyə verilən oxu zalı iqtisadiyyatın müxtəlif sahələrinə dair 11.060 nüsxə Azərbaycan, ingilis və rus dillərində ədəbiyyatla təmin olunub. Kitabxana Azərbaycanın və digər ali təhsil müəssisələrinin elektron kitabxanalarına, eləcə də Azərbaycan Milli Kitabxanasının 100 mindən çox elektron resursuna çıxış imkanı olan 25 yeni kompüterlə təchiz edilib. Bundan başqa, kitabxana “EBSCO” və “Web of Science” elektron platformalarına abunə olunub. Kitabxananın UNEC-in daxili şəbəkəsində açıq istifadəsi reallaşdırılıb, ümumilikdə 24 mənbədən 1 milyona yaxın elektron resursa çıxış təmin edilib.

Qeyd edək ki, 2 saylı kitabxana universitetin digər kitabxanaları kimi (24/7 kitabxanası istisna olmaqla), həftə içi saat 9:00-dan 22:00-dək fəaliyyət göstərir. Kitabxana xidmətlərindən eyni vaxtda 130 oxucu istifadə edə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti