...

Mərkəzi Gömrük Hospitalında BirKart-la ödənişlər edin, 20% cashback qazanın!

Cəmiyyət Materials 9 Yanvar 2020 10:30 (UTC +04:00)
Mərkəzi Gömrük Hospitalında BirKart Cashback kartı vasitəsilə seçilmiş tibbi xidmətlər üçün birdəfəlik ödənilən məbləğin 20%-i həmin karta geri qaytarılır.
Mərkəzi Gömrük Hospitalında BirKart-la ödənişlər edin, 20% cashback qazanın!

Bakı. Trend:

Mərkəzi Gömrük Hospitalında BirKart Cashback kartı vasitəsilə seçilmiş tibbi xidmətlər üçün birdəfəlik ödənilən məbləğin 20%-i həmin karta geri qaytarılır. Həmçinin, BirKart vasitəsilə tibbi xidmətlər üçün edilən xərcləri, 12 aylıq faizsiz taksitlə ödəmək mümkündür.

Ödənişlərin nağdsız şəkildə həyata keçirilməsi və eyni zamanda xərclərin müəyyən hissəsinin geri qaytarılması pasiyentlər üçün həm rahat, həm də sərfəlidir.

Qeyd edək ki, ölkəmizdə nağdsız hesablaşma sisteminin inkişafına, elektron ödəniş sistemlərindən daha fəal istifadə edilməsinə xüsusi diqqət ayrılır. Nağdsız hesablaşma sisteminin geniş yayılması Azərbaycanda maliyyə-bank sisteminin inkişafı ilə yanaşı, cəmiyyətdə şəffaf maliyyə mexanizmlərinin tətbiqi baxımından mühüm əhəmiyyət kəsb edir.

Nağdsız hesablaşma zamanı xərclənən məbləğin müəyyən faizinin geri qaytarılması təcrübəsi dünyada gündən-günə populyarlığını artırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti