...

ETSN: Badamdardakı sürüşmənin səbəbləri araşdırılır

Cəmiyyət Materials 14 Fevral 2020 14:44 (UTC +04:00)
Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində baş verən sürüşmənin səbəbləri araşdırılır.
ETSN: Badamdardakı sürüşmənin səbəbləri araşdırılır

Bakı. Samir Əli - Trend:

Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində baş verən torpaq sürüşməsinin səbəbləri araşdırılır.

Bu barədə Trend-ə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisi Sadiq Əmiraslanov deyib.

Onun sözlərinə görə, hazırda mütəxəssislər hadisə yerindədir: "Sürüşmə yerinin miqyasını və səbəblərini araşdırırıq. Araşdırmalardan sonra sürüşmənin səbəbi məlum olacaq. Əvvəl müşahidə etdiyimiz kütlə üzərində qismən dəyişiklik baş verib. Ərazidə monitorinqlər davam etdirilir".

Xatırladaq ki, bu gün səhər saatlarında Badamdar qəsəbəsi, Badamdar şosesinin yamacında torpaq sürüşməsi baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti