...

ETSN: Bakı və Abşeronda tozun miqdarı sanitar normadan 3-4 dəfə çoxdur

Cəmiyyət Materials 9 Mart 2020 16:08 (UTC +04:00)
Bakı və Abşeron yarımadasının atmosfer havasında apardıqları monitorinqlərlərin nəticələrinə görə havada toz-duman müşahidə edilir və tozun miqdarı sanitar normadan 3-4 dəfə çoxdur.
ETSN: Bakı və Abşeronda tozun miqdarı sanitar normadan 3-4 dəfə çoxdur

Bakı. Samir Əli - Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin 9 mart 2020-ci il tarixində Bakı və Abşeron yarımadasının atmosfer havasında apardıqları monitorinqlərlərin nəticələrinə görə havada toz-duman müşahidə edilir və tozun miqdarı sanitar normadan 3-4 dəfə çoxdur.

Nazirlikdən Trend-ə bildirilib ki, tozlu hava şəraitinin mart ayının 11-i gündüz saatlarına kimi müşahidə olunacağı gözlənilir.

Mütəxəssislərin rəyinə görə, Abşeron yarımadasında toz-dumana səbəb arabir güclənən cənub şərq küləyi nəticəsində tozun atmosferin yuxarı qatına qalxması və nisbi rütubətin yüksək olmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti