Bakı. İlhamə İsabalayeva - Trend:
Bu gün axşam saatlarından başlayaraq Respublika ərazisində meteoroloji şəraitlə (dərin inversiya qatı və nisbi rütubətin artması) bağlı olaraq yenidən Bakı və Abşeron yarımadasında duman müşahidə olunur.
Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev bildirib.
O qeyd edib ki, havanın durğun keçməsi ilə eyni zamanda tozun miqdarı da bəzi ərazilərdə normadan bir qədər artıqdır.
Dumanlı hava şəraitinin mart ayının 15-i günorta saatlarına kimi davam edəcəyi gözlənilir.