...

FHN Bakının müxtəlif ərazilərində dezinfeksiya işləri aparır (FOTO/VİDEO)

Cəmiyyət Materials 29 Mart 2020 22:42 (UTC +04:00)
FHN Bakının müxtəlif ərazilərində dezinfeksiya işləri aparır (FOTO/VİDEO)

Bakı. Trend:

Azərbaycan Respublikası ərazisində koronavirusun (COVİD-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan Hökumətinin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyi (FHN) aidiyyəti üzrə lazımi tədbirləri davam etdirir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, belə ki, dünəndən etibarən FHN Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq bölmələri tərəfindən Bakı şəhərinin müxtəlif ərazilərində dezinfeksiya tədbirlərinə başlanılıb.

Ayrı-ayrı məkanlarda həyata keçirilən tədbirlər çərçivəsində ərazilər xüsusi məhlulla dezinfeksiya edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti