...

Azərbaycanda yük göndərənin məsuliyyəti artırılır

Cəmiyyət Materials 24 Aprel 2020 16:41 (UTC +04:00)
Azərbaycanda yük göndərənin məsuliyyəti artırılır

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda yük göndərənin daşıyıcı qarşısında məsuliyyəti artırılır.

Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Mülki Məcəlləyə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, Məcəllənin 853.2-ci maddəsində "məlumatın" sözü "məlumatların və sənədlərin" sözləri ilə əvəz edilir. Bununla da yük göndərən yalnız məlumatın deyil, sənədlərin də olmamasına görə dəyən zərərin əvəzini ödəyəcək.

Hazırkı maddədə isə qeyd olunur:

“Yük göndərən bu məlumatın olmaması və qeyri-dəqiqliyi nəticəsində dəyən zərərin əvəzini ödəyir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti